Azərbaycandakı kredit təşkilattlarından biri vakansiya elan etdiyi problemli kreditlər üzrə mütəxəssisə maraqlı ödəniş üsulu təklif edir.
FED.az xəbər verir ki, NBCO KredAqro kredit təşkilatının açıqladığı vakansiyada əsas məqam - mütəxəssisə təyin edilən həvəsləndirici pul mükafatıdır.
Belə ki, şərtlərə görə, mütəxəssisə xidmət haqqı olaraq ilk üç ay ərzində yığımın 5%-i, üç aydan sonra 20%-i ödəniləcək.
Vakansiya elani belədir:
Problemli Kreditər üzrə Mütəxəssis (Regionlar üzrə)
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC bölgələrdə yerləşən filialları üçün Problemli Kreditlər üzrə Mütəxəssis vəzifəsinə işçi axtarışı elan edir.
Əsas vəzifə və öhdəliklər:
• Problemli kreditlərin sağlamlaşdırılması və borcun qaytarılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
• Problemli kreditlərin yığılması istiqamətində kəmiyyət və keyfiyyət göstəricilərinin yüksəldilməsi ilə əlaqədar təkliflərin verilməsi;
• Problemli kreditlərlə iş üzrə müxtəlif hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
Tələb olunan keyfiyyətlər:
• Ali təhsil;
• Kredit sahəsində ən azı 2 (iki) il və ya Problemli kreditlərin yığılması sahəsində ən azı 1 (bir) il iş təcrübəsi;
• Borcalanlar ilə effektiv danışıqlar və stressli hallarda işləmək bacarığı;
• Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
• Etibarlı sürücülük vəsiqəsi və şəxsi nəqliyyat vasitəsi;
• VÖEN;
• Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Müştərilərlə davranış etikası.
İş şəraiti:
• İş yeri: Ağdaş (əhatə dairəsi-Ağdaş, Bərdə, Göyçay, İsmayıllı, Qəbələ, Mingəçevir, Yevlax, Tərtər, Ucar), Cəlilabad (əhatə dairəsi-Cəlilabad, Biləsuvar, Masallı, Lənkəran, Astara, Lerik), Quba (əhatə dairəsi-Quba, Qusar, Xaçmaz), Gəncə (əhatə dairəsi-Gəncə, Goranboy, Tovuz, Qazax, Ağstafa, Şəmkir), Zaqatala (əhatə dairəsi-Zaqatala, Balakən, Qax, Şəki, Oğuz) regionları üzrə;
• İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
• Xidmət müqaviləsi üzrə rəsmiləşdirilmə;
• Danışıq xərcləri və iş görüşmələri zamanı nəqliyyat xərcləri ilə təmin edilmə;
• Xidmət haqqına- ilk üç ay yığımın 5%-i, üç aydan sonra 20%-i daxildir.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını (Kollektor – müvafiq regionun adı) qeyd etməklə göndərmələri xahiş olunur.
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.