İran İslam İnqilabının Keşikçiləri Korpusunun komandanı, general Hüseyn Səlaminin iştirakı ilə yeni pilotsuz uçan aparat (PUA) təqdim edilib.
FED.az xəbər verir ki, “Qəzzə” adı verilən yeni PUA 35 saat fasiləsiz uça bilir, kəşfiyyat, hücum və müdafiə sahələrində müxtəlif funksiyalara malikdir.
Bundan başqa, “Qüds” yeni radar sistemi, “Kruz” və “9 Dey” bombaları da təqdim edilərək ordunun istifadəsinə verilib. Bu silah-sursatlar tam olaraq İranın yerli istehsalıdır.
General diqqətə çatdırıb ki, İran heç zaman müharibə arzusunda olmayıb. Lakin xarici təhdidlər olarsa, İran ordusu buna qətiyyətlə cavab verməyə hazırdır.