İtaliyanın şimalında yerləşən Pyemont bölgəsində funikulyordakı qəza nəticəsində 12 nəfər ölüb və ikisi uşaq olmaqla beş nəfər ağır yaralanıb.
Trend TASS-a istinadən xəbər verir ki, qəzaya səbəb kabinlərin birləşdiyi kanatın qıırılması olub.
Vəziyyəti ağır olan uşaqlar Turin şəhərindəki xəstəxanaya aparılıb. Hadisə səhər saatlarında Madjore gölünü yaxındakı yüksəkliklə birləşdirən marşrutda baş verib. Turistlərlə dolu kabin 1,5 kilometr məsafədən meşə zolağına düşüb.
İndsidentlə bağlı istintaq aparılır.
---------
17:30
İtaliyanın şimalında (Piemont bölgəsi) funikulyorda baş verən qəza nəticəsində səkkiz nəfər ölüb, iki uşaq ağır yaralanıb.
Bu barədə ANSA agentliyi hadisə yerində işləyən xilasedicilərə istinadən məlumat verib. Bildirilir ki, ən azı 11 nəfərin olduğu bir kabində kəndirin qırılması nəticəsində funikulyor qəzaya uğrayıb.
--------
16:07
İtaliyada funikulyor qəzası baş verib.
Milli.Az axar.az-a istinadla xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Məlumata görə, hadisə ölkənin şimalında baş verib. Qəza zamanı azı 4 nəfər həlak olub.