Hindistanda minlərlə insanın gözünü çıxardılar – ŞOK OLAY

 

Hindistanın Qujarat və Maharaştra əyalətlərində iki mindən çox insan təhlükəli göbələk xəstəliyi olan mukormikoza yoluxub. Minlərlə insan bu xəstəliyin nəticəsində bir və ya hər iki gözünü itirib.

Demokratik Musavat Hindistan mətbuatının yazdıqlalarına istinadən xəbər verir ki, mütəxəssilərin rəyinə görə, əgər xəstələrin gözü çıxarılmasa, göbələklər onların beyninə işləyəcək və bu adamlar həyatlarını tamamilə itirəcəklər.


Hindistanda 96 nəfərin cəsədi Qanq çayından çıxarıldı


Qeyd edilib ki, Qujaratda 2281, Maharaştrada isə 2000 nəfərdə mukormikoz xəstəsi müəyyən edilib.

Hindistanın Kimya Sənayesi və Gübrə İstehsalı Nazirliyinin rəhbəri Sadananda Qovda Twitter səhifəsində ölkədə bu infeksiyaya yoluxanların ümumi sayının realda 8848 nəfər olduğunu yazıb.

Mütəxəssislərin fikrincə, bu xəstəlik koronavirusa yoluxan və uzun müddət oksigen dəstəyi alan koronavirus xəstələrində müşahidə olunur. Çünki bu cür insanlarda imunitet tam zəifləmiş hala gəlir, o səbəbdən göbələk daha sürətlə inkişaf edir.

0.15780901908875