Hər ay nə qədər kasıblayırıq?

 

“Qiymətlərin, hətta 1 faiz artırılması əhaliyə ayda 34 milyon, ildə isə 400 milyon manat zərər vurur”.

Milli Məclisin deputatı Əli Məsimli ölkədə baş verən qiymət artımına münasibət bildirərkən belə deyib.

Millət vəkili bildirib ki, burada əsas amil bazar iqtisadiyyatında tələb və təklif şərtidir: 

“Azərbaycanda əhalinin gəlirləri aşağı düşüb. Postsovet məkanında qiymətlər 2 faizin altında qalxıb. Bizdə isə inflyasiya 4 faizin üzərindədir. Bu istiqamətdə aidiyyəti oqranlar işini gücləndirməlidir. Bir sıra marketlər süni qiymət artımının mənbəyinə çevrilib. Bu da əhalinin aztəminatlı təbəqəsinin yaşayış səviyyəsinə uyğun deyil”.

Demokratik Musavat iqtisadçı millət vəkilinin açıqlamasına istinad edərək, Azərbaycanda inflyasiya səviyyəsinin əhaliyə aylıq və illik təsirlərini hesablayıb.

Qeyd edək ki, müstəqil ekspertlər qiymət artımı ilə bağlı rəsmi rəqəmlərlə razılaşmırlar və ölkədə inflyasiyanın səvyyəsinin daha yüksək olduğunu bildirirlər. Bəzi ehtimallara görə, Azərbaycanda illik inflyasiyanın həcmi ikirəqəmli ədədlə ifadə oluna bilər.

Rəsmi rəqəmlərə gəlincə isə, qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda bu ilin yanvar-aprel aylarında illik inflyasiya 4,3% təşkil edib.

Əgər bir faizlik inflyasiya ayda əhaliyə 34 milyon manat ziyan vurursa, o zaman qiymət artımının əhaliyə aylıq zərəri 146.2 milyon manat edir.

Beş ay ərzində isə bu rəqəm 731 milyon manat zərər deməkdir.

Qarşıdakı aylarda inflyasiya səviyyəsinin neçə faiz olacağı hələ ki, bəlli deyil. Qeyd edək ki, ekspertlər yay fəslində istehlak qiymətlərinin sabitləşəcəyini, payızdan etibarən isə yenidən artım istqamətini tutacağını düşünürlər.  

Rəsmi yayılan infilasiya rəqəminə görə  isə kasıblayacağımız məbləğ ilin sonuna qədər 1 milyard 720 milyon manatdan çox edir!

Xatirə Nəsirli

0.18463206291199