İranın İsfahan şəhərində yerləşən kimyəvi maddələr və fişəng istehsalı üzrə ixtisaslaşmış müəssisədə partlayış baş verib.
Hadisə barədə “Mehr” informasiya agentliyi məlumat yayıb.
Məlumata əsasən, partlayış nəticəsində 9 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
“Kimya zavodundakı partlayışın səbəbləri araşdırılır. Xəsarət almış 9 nəfər xəstəxanaya yerləşdirilib”, - deyə yerli təcili yardım xidmətinin məbuat katibi Abbas Abədi bildirib.