Moskvanın “Şeremetevo” hava limanında bomba həyəcanı yaşanıb.
Demokratik Musavat “RİA Novosti”yə istinadən xəbər verir ki, aeroportun zəng mərkəzinin poçtuna hava limanı ərazisində partlayıcının quraşdırılması barədə məlumat daxil olub.
Məsələ ilə əlaqədar, “Şeremetevo”da təhlükəsizlik tədbirləri gücləndirilib.
Hazırda aeporotda istintaq-axtarış tədbirləri aparılır.