Azərbaycan Milli Məclisinin deputatı Elnur Allahverdiyevlə bağlı ilginc iddialar ortaya çıxıb. Belə ki, deputatın adı vətəndaşların küllü miqdarda pulunu mənimsəyən dələduzu himayə etməkdə hallanır.
Birinci Qarabağ savaşının iştirakçısı, keçmiş polis əməkdaşı Umud Məmmədov ona qarşı edilən dələduzluqda deputatın adının keçdiyini bildirir.
Hadisənin təfərrütaı ilə bağlı cumhuriyyet.az məlumat verir ki, Umud Məmmədov polis sıralarından çıxdıqdan sonra dükan açaraq zinət əşyalarının əlveri ilə məşğul olub. Paytaxt sakini Mina Lütfəliyeva hissə-hissə ödəməklə ondan zinət əşyaları götürüb. Bir müddət ödənişləri vaxtlı vaxtında etsə də sonradan Mina Lütfəliyeva həm götürdüyü zinətlərin dəyərini artırıb, həm də ödənişi dayandırıb. Beləliklə, borc miqdarı 37 555 manata çatıb.
Mina Lütfəliyevanın aldatdığı yeganə şəxs Umud Məmmədov olmayıb. O yüksək vəzifəli məmurla yaxın əlaqələri olduğunu bildirərək müxtəlif şəxslərə daxili işlər orqanında, səhiyyə, təhsil sistemində işə düzəltməyi söz verib. Həmin şəxslər də Umud Məmmədovun yaxınları olub və bu proses zamanı üst-üstə 122 425 манат pul mənimsəyib.
Beləliklə, Umud Məmmədov və zərçəkmiş digər 12 şəxs Səbael Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edib və Cinayət Məcəlləsinin 178.2.2 maddəsi ilə cinayət işi başlanıb. İstintaqda Mina Lütfəliyeva günahılnı etiraf edib və vətəndaşlara dəymiş ziyanı ödəyəcəyini bildirib. Amma ötən ilin oktyabrında açılmış cinayət işi heç bir nəticəyə gəlməyib və M.Lütfəliyeva haqda nə tədbir görülüb, nə də pullar geri qaytarılıb.
Məsələ ilə bağlı Umud Məmmədovun sözlərinə istinadən cumhuriyyet.az bildirir ki, Mina Lütfəliyeva arxasında deputat Elnur Allahverdiyevin durduğunu bildirir və buna görə cəzasız qalacağından əmindir: “Belə olmasaydı istintaq aylarla uzadılmazdı, heç bir səbəb olmadan müstəntiqlər dəyişilməzdi”.
Məsələ ilə bağlı mediaya açıqlama verən deputat Mina Lütfəliyevanı tanıdığını etiraf edib: “O və həyat yoldaşı mənim seçicimdir. Seçiciləri dinləmək və onların problemlərinə köməklik göstərmək borcumuzdur. Mina Lütfəliyeva ötən ilin yayında göz yaşı içində mənə müraciət edərək haqsız yerə dələduzluqda ittiham olunduğunu bildirib və mən də polisə zəng edərək işə obyektiv baxılmasını xahiş etmişəm. İnsanlar çox şey danışa bilərlər. Mina xanımla başqa heç bir əlaqəm yoxdur”.
Xatırladaq ki, Milli Məclisin sabiq deputatı Rəfael Cəbrayılov haqqında da oxşar iddialar səslənirdi. R.Cəbrayılov hazırda həbsdədir.
Cumhuriyyet.az