Akademik Musiqili Teatrın kollektivi prezidentə təşəkkür etdi

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir qrup incəsənət xadiminə “Prezident mükafatı”nın verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı kollektivindən sənət adamları da – Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, Əməkdar artistlər: Nadir Xasiyev,

Çingiz Əhmədov 

 

Əkbər Əlizadə

Nahidə Orucova 

Nərgiz Kərimova 

Səidə Şərifəliyeva 

aktyorlar: Gülcahan Salamova və Əmrah Dadaşov “Prezident mükafatı”na layiq görülüblər.

Onların hər biri sosial şəbəkə hesablarında bu sevinclərini hamı ilə bölüşüb, xüsusi diqqət və qayğısı üçün cənab prezidentə təşəkkürlərini bildiriblər.

Teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev rəhbərlik etdiyi kollektiv adından ölkə başçısına ürək sözlərini belə bildirib: "Möhtərəm, cənab Prezident, müzəffər Ali Baş Komandan! Sizin 7 may 2021-cı il tarixində “İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” Sərəncamınız bizə – ömrünü səhnəyə həsr edən insanlara yüksək qiymətin bariz nümunəsidir. Sənət adamlarının sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədilə imzaladığınız bu Sərəncam kollektivimizi daha da əzmlə çalışmağa ruhlandırır. Səhnə fəaliyyətimizi yüksək dəyərləndirdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Teatrımız maraqlı layihələri ilə pandemiya dövrünün ən sərt karantin müddətlərində, 44 günlük ikinci Vətən müharibəsi zamanında da fəal iş rejimində olmağa çalışmış və bunu özümüzə vətəndaşlıq borcu bilmişik. Biz müharibə dövründə də maraqlı layihələrimizlə əziz Ali Baş Komandanın yanında olmağa səy göstərdik. Teatrımız bu döyüşlərdə bir şəhid verdi. Gənc və istedadlı övladımız Əliağa Məmmədov müharibədə haqqın dəragahına qəhrəman kimi qovuşdu.

Əziz Prezidentimiz! Biz bundan sonra da yaradıcılıq fəaliyyətimizi, bütün qüvvə və bacarığımızı ölkəmizin tanınması və şöhrət qazanması naminə, Azərbaycan teatrının şərəfli salnaməsinə yeni uğurlu səhifələr yazılması üçün sərf

edəcəyik. Biz qürur duyuruq ki, ulu öndərimiz Heydər Əliyevin incəsənət xadimlərinə böyük qayğısı bu gün də Sizin və I Vitse-prezidentimiz Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Bir daha yüksək diqqət və qayğı üçün Sizə sonsuz təşəkkürlərimizi yetiririk. Tanrı Sizi qorusun! Tanrı qalib xalqımızı qorusun! Tanrı AZƏRBAYCANI qorusun!”

Şahnaz Salehqızı 

0.15971088409424