Azərbaycan Dövlət Akademik Musiqili Teatrının baş xormeysteri, Əməkdar artist Vaqif Məstanov "Звучит Москва" (“Moskva səslənir”) – XIX Beynəlxalq Musiqi Festivalının təşkilatçılarının dəvəti ilə münsiflər heyətində iştirak edib.
Tanınmış xormeyster onlayn keçirilən bu müsabiqədə Rusiya, İtalya, Monteneqrodan olan şöhrətli incəsənət xadimləri ilə birgə dünyanın müxtəlif yerlərindən müsabiqəyə qatılan xor kollektivlərinin klassik-akademik ifalarını dəyərləndirib.
Festival rəhbərliyi Vaqif Məstanova bu mədəniyyət tədbiri müddətində yüksək səviyyəli fəaliyyətinə, işinə xüsusi peşəkarlıqla yanaşdığına, eyni zamanda gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinə verdiyi töfhələrə görə "Təşəkkürnamə" ünvanlayıb.
Xatırladaq ki, dünən 66 yaşını qeyd edən Vaqif Məstanov ömrünün 31 illini Musiqili Teatrda yaradıcılıq işlərinə həsr edib.
1990-cı ildə teatrda baş xormeyster kimi fəaliyyətə başlayandan indiyə qədər Vaqif Məstanov saysız səhnə əsərlərinin xormeysteri olub.