Rəşadəti ilə seçilən qəhrəman - VİDEO

 

Nofəl Quliyev Cəbrayıl-Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olub

Demokratikmusavat.com Real TV-ə istinadən bildirir ki, cəsur görkəmi, döyüşlərdəki igidliyi, şücaəti ilə düşmənin qorxusuna çevrilmişdi. Rəşadəti ilə seçilən qəhrəman Nofəl Quliyev Vətən müharibəsindəki qələbəmizdə böyük hünər göstərdi.

O, 1994-cü ildə iyunun 11-i Gədəbəyin Qoşabulaq kəndində anadan olub. 2015-ci ildə ali təhsilini bitirib. Hərbi xidmətə yollanıb. İyul hadisələrindən sonra könüllü olaraq səfərbərliyə yazılıb. 29 sentyabr 2020-ci ildə torpaqlarımız uğrunda gedən döyüşlərə qatılıb, Füzuli rayonunun azadlığı uğrunda qəhrəmanlıqla vuruşub. Baş qumbaraatan Nofəl 18 oktyabrda Cəbrayıl-Qubadlı istiqamətində gedən döyüşlərdə ağır yaralanıb. 27 oktyabr 2020-ci ildə müqəddəs Şəhid adını qazanıb. Valideynləri üçün onun yoxluğuna dözmək çətin olsa da, oğullarının mərdliyi, rəşadəti onları da hədsiz qürurlandırır.

Nofəl 28 oktyabrda doğulduğu kənddə dəfn edilib. "Cəbrayılın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub. Hünər dolu, şərəfli ömür yolu ilə Vətənin övladı olduğunu sübut etdi. Qəhrəmanlar unudulmur, Sən də bizim üçün əbədi yaşar oldun, Azərbaycanın vətən mədəniyyətli, qəhrəman oğlu!

Demokratikmusavat.com

0.16258883476257