Hadrutda müharibədən sonra hər şey, o cümlədən erməni kilsəsi toxunulmaz qalıb - Rusiya nəşri

 

Azərbaycanın azad etdiyi Hadrut qəsəbəsində İkinci Qarabağ müharibəsindən sonra bütün tikililər, o cümlədən erməni kilsəsi toxunulmaz qalıb.

Demokratikmusavat.com Trend-ə istinadən bildirir ki, bu barədə Rusiyanın "İzvestiya" qəzetində dərc olunan məqalədə deyilir.

Qeyd olunur ki, "İzvestiya" qəzetinin müxbiri Hadrut azad edildikdən sonra buraya ilk gələn xarici jurnalistlərin arasında olub:

"Artıq heç kimin yaşamadığı qəsəbədə müharibə bitdikdən sonra hər şey toxunulmaz qalıb. Azərbaycanlı hərbçilər yalnız texnikanın keçməsi üçün yolları təmizləyib və ərazinin minalardan təmizlənməsini davam etdirir".

Demokratikmusavat.com 

0.16727900505066