Gürcüstanda koronavirusa yoluxanların sayı 313 mini keçib

 

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 788 yoluxma halı qeydə alınıb, 20 nəfər ölüb.

Demokratikmusavat.com APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 313 742, ölənlərin sayı isə 4 183 nəfərə çatıb. Virusa yoluxanlardan 295 458 nəfərin sağaldığı bildirilir.

Demokratikmusavat.com

0.19090104103088