Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə əlaqədar başsağlığı verib.
Demokratikmusavat.com Trend-ə istinadən bildirir ki, nazirin "Twitter" səhifəsində yer alan başsağlığı mətnində deyilir:
"Can Azərbaycanın Gənclər və idman naziri Azad Rəhimov qardaşımızın vəfatını böyük üzüntü ilə öyrəndim. Mərhuma Allahdan rəhmət, ailəsinə və bütün azərbaycanlı qardaşlarımıza səbr və başsağlığı diləyirəm. Məkanı cənnet olsun".
Demokratikmusavat.com