Millət vəkili Fazil Mustafanın yeni kitabı nəşr olunub.
Kult.az xəbər verir ki, bu barədə millət vəkili özü məlumat yayıb. O bildirib ki, “Sağlam düşüncə alternativi” kitabını sağlam düşüncəni, fərqli düşüncəni anlayan insanlara həsr edib:
“Kitab son bir ildə yazılan çeşidli mövzulara aid məqalələr toplusudur. Yaxın günlərdə müxtəlif kitab evlərinə paylanacaq. Ayrıca təqdimatını da düşünürəm. Ola bilsin ki, təqdimat ləngidi, çünki başqa bir kitabımın da yaxın həftələrə nəşriyyata təqdim olunması planlaşdırılıb. Son bir ildə nəşr olunan üç kitabın birlikdə təqdimatını keçirmək, bəlkə, daha məqsədəuyğundur”.