Milli Məclisin deputatı Etibar Əliyev məhkəmənin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin əleyhinə qərar çıxarmasına münasibət bildirib.
Demokrat.az-ın xəbərinə görə, E.Əliyev deyib ki, Ramiz Mehdiyevin qanunsuz işlərindən biri məhkəmədə ifşa olunub.
“Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev AMEA-nın prezidenti Ramiz Mehdiyevin əmriylə vəzifəsindən azad olunmuşdu. Onun yerinə isə 74 yaşlı Qərib Məmmədov təyin olunmuşdu. Martın 16-da Səbail rayon məhkəməsində AMEA-nın müxbir üzvü, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun sabiq direktoru Əlövsət Quliyevin şikayətinə baxılıb.
Hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən məhkəmə Əlövsət Quliyevin işdən azad edilməsinin qanuni əsasının olmadığına və onun yenidən Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsinə bərpasına qərar verib. Bu hadisə AMEA-nın tarixində bəlkə də ilk hadisədir. Sükanı möhkəm saxlayın...” – E.Əliyev qeyd edib.