Məmmədov indi də şəmkirlilərin qəniminə çevrilib- İcra başçısı şəhid məzarlarından 700 min manat qazanıb

 
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovla  bağlı  media üzərindən araşdırma aparanda maraqlı bir faktla rastlaşdıq. 
Deməli, Alimpaşa müəllim  keçmişdə toylarda tamadalıq edirmiş və  təsadüfən toyda o zamankl Vergilər naziri Fazil Məmmədovla  rastlaşır və birgə  rəqs edirlər. Və o gündən Alimpaşa müəllimin bəxti açılır. 
Əslində bu təəccüblü də deyil. 
Çünki neçə-neçə  toylarda qarmonçalan,  kafedə  ofisiant işləyən, mantyor  icra başçıları tanıyırıq. 
 Alimpaşa müəllim da onlardan biri. Təəccüblü nə var ki. 
Təəccüblü odur ki, bu adam barəsində icra hakimiyyətinin rəsmi saytında 2 cümlə var: 
Alimpaşa Adil oğlu Məmmədov Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 2014-cü il tarixli Sərəncamı ilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Bu adam, neçənci ildə anadan olub, ümumiyyətlə, doğulubmu, harada oxuyub, hansı ali məktəbi bitirib, hərbidə olubmu, Bakı boyda şəhərin Vergilər Departamentinin rəisi olanadək harada olub və s. 
Əlbəttə, biz demirik ki, icra hakimiyyətinin rəsmi saytında icra başçısının toylarda tamadalıq etməsi yazılsın. Amma heç olmasa ali məktəb, texnikum-zad bitirməsi ilə bağlı  bircə cümlə olsun də. 
Yazılanlardan bəlli olur ki, vergilər naziri Fazil Məmmədovun “vuran əli” olan A.Məmmədov Salyan və Şəmkir vergi idarələrinin rəisi də olub. Salyanda işləyərkən sahibkarlarla qanunsuz rəftarına görə barəsində prokurorluqda cinayət işi başlanıb. Buna görə də nazir dostunu  Şəmkirə  vergiyə müdir göndərib. Oradan isə Şəmkirin o vaxtkı icra başçısı  Aslan Aslanov  onu rayondan qovalayıb. 
Nazir  bu dəfə də dostunu xilas edib. Onu  nazirliyin Operativ Nəzarət İdarəsinə rəis təyin edib. Bir müddət burada işlədikdən sonra Səbail Vergi İdarəsinə rəis təyin edilib. Burada yenidən “ilişib”  iri ranqlı məmurun buynuzuna . Və nazir Alimpaşanı  nazirlikdən qovmağa məcbur olub. Sonra yenidən bərpa edib…Və bu dəfə Sumqayıt vergisinə rəis göndərib. Sumqayıtda  sahibkarla divan tutmağı barədə hələ də  söhbət gedir. Sonra Bakı şəhəri vergilər Departamentinə rəis təyin olunub. Bircə cümlə ilə bu vəzifənin nə olduğunu izah edək: Azərbaycan üzrə toplanan  verginin 83 faizi  Bakının payına düşür. Məncə, əlavə şərhə ehtiyac yoxdur. 
Beləcə Alimpaşa müəllim qovula-qovula, zəlzələdən, ya da vəlvələdən 2014-cü ildə Şəmkirə icra başçısı təyin olunub.  
Şəmkirdə  olan zaman  6 hektar ərazidə yerləşən,  43 milyon manata başa gələn  “Azfarel”  balıqyetişdirmə müəssisəsinə sahib olub. Təsəvvür edirsiniz  Qafqazın ən böyük balıqyetişdirmə  müəssisəsi. 
Bu nəhəng zavodu kim idarə etsə  yaxşıdır ? 
Alimpaşanın keçmiş MTN-dən qovulan oğlu  Alim Məmmədov. 
Bəli, cənab icra başçısının biznesi sərhəd bilmir, nəhəng Rusiyada  başçının müxtəlif sektorlarda biznes şəbəkəsi var. 
Ancaq bütün bunlar Alimpaşa Məmmədova bəs etmir. O şəhid məzarlarından da pul qazanır. 
Əlbəttə, yüz milyonlara sahib  adamın şəhid məzarlarından pul qazanması dəhşətlidir. 
Bəli, Şəmkirin hər yerinə pul kisəsi kimi baxan A.Məmmədov rayonun Şəhidlər Xiyanabında dəfn olunmuş şəhidlərin üst (sinə) daşlarını “Salyan-Masallı MMC”  nin mərmər fabrikinə sifariş edib, düzəltdirib. Ancaq həmin fabrikə 700 min manat pul atıb. 
Beləliklə, diriləri soymaqdan doymayan icra başçısı indi də şəhidlərimizdən qazanır. 
Burda  deyirlər, sözün bitdiyi yer…
 
Mənbə: gundelik-baku.com
 
0.19283699989319