Hər dəfə qeyd edirik ki, qonşu dövlətlərlə müqayisədə Azərbaycanda meşə əraziləri çox azdır. Ona görə də bir cəmiyyət olaraq meşələrin qorunmasına daha diqqətli olmalıyıq.
Çox təəssüf ki, meşələrin qorunmasına və inkişafına məsul olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzərinə düşən işi yerinə yetirmir. Nazirliyin tabeçiliyində Meşələrin İnkişafı Departamenti var. Adından göründüyü kimi bu qurum təkcə meşələri qorumalı deyil, həm də inkişaf etdirməlidir.
Bu məqamda adamın yadına bir el sözü düşür. “Balanı istəmirəm balama dəymə “.
Bəli, bu boyda nazirliyin konkret olaraq meşələrin qorunması və inkişafı ilə bağlı departamenti, üstəlik bir neçə rayonu əhatə edən Regional Meşə Təsərrüfatı Mərkəzi fəaliyyət göstərir.
Belə qurumlardan biri də Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzidir. Bir neçə rayonu, o cümlədən Daşkəsən rayonunu əhatə edən bu mərkəzin direktoru İqbal Əliyevdir.
Bütün ölkə mediası neçə müddətdir ki, İqbal Əliyevin meşələri qırmasından, meşələrə donuz buraxmasından, meşələri bəzi şəxslərin fermaları üçün örüş yerinə çevirməsindən dayanmadan yazır.
Hələ meşələrdəki ağaclar bir çox iş adamları üçün mebel, taxta yeşik istehsalı üçün material olub. Bütün bunların əvəzində İqbal Əliyev milyonlar qazanıb.
Meşələr məhv olduqca həmin ərazidə yaşayan heyvanlar, quşlar, bir sözlə, fauna və flora məhv olur. Bütün bunlar İqbalın heç tükünü də tərpətmir. Təki pul gəlsin.
İqbal Əliyev həm də tabeçiliyində olan meşə gözətçilərinin, təsərrüfat işçilərinin maaşlarını da mənimsəyir.
Təsəvvür edirsiniz meşələrə qənim kəsilən İqbal Əliyev Allah qoymasa, Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU-da) müəllimdir.
Gösərən meşələrə qənim kəsilən İqbal müəllim tələbələrə nəyi öyrədəcək ?
Meşələri qorumağı, yoxsa meşələri qırmağı ?
Bir maraqlı məqam da odur ki, İqbal Əliyev heç vaxt ADAU-ya getmir, onun əvəzindən kimsə jurnalları imzalayır. Görəsən dövlət məmuru olan İqbal Əliyevin əvəzindən maaşı kim alır ?
İqbal Əliyevin özü üçün Göygöl rayonunda inşa etdirdiyi möhtəşəm villanın bütün taxta materialları da Daşkəsən meşələrindən gətirilib.
Bütün bunlar rayon sakinlərinə bəlli olduğu halda görəsən müvafiq dövlət qurumları nə düşünür.
Niyə Ekologiya Nazirliyinin, Meşə departamentinin rəhbərliyi ağzına su alıb susur ?