Vidadi Zeynalovun xaricdə şirkəti üzə çıxdı - Sənədlər

 

Vidadi Zeynalovun xaricdə şirkəti üzə çıxıb...

Məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli yayıb.

"Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 2015-ci ilin oktyabrında MTN işi ilə bağlı həbs olunmuş sabiq Aparat rəhbəri Vidadi Zeynalovun kürəkəni Nəriman Muradov 2016-ci il dekabrın 2-də Çexiya paytaxtında Azerantrips.com sro şirkətini (https://www.azerbaijantrips.com/)
qeydiyyatdan keçirib.

Sənədlərə görə Praqanın Karlin rayonu, Kaizlovy sady 434/13 ünvanında hüquqi qeydiyyata alınmış şirkətin təsisçiləri sabiq aparat rəhbərinin kürəkəni, hazırda "Rabitəbank"ın mərkəzi filialının direktoru, Bərdə şəhəri, Həzi Aslanov küçəsi 1-də qeydiyyatda olan Nəriman Muradov, onun ortaqları İlkin Həsənov və Ülvi Həsənzadədir. Turizm sahəsində fəaliyyət göstərən şirkət Praga Bələdiyyə Məhkəməsində C 266725 saylı lisenziya nömrəsi ilə qeydiyyatdan keçib.

Vidadi Zeynalovun oğlu Pərviz Zeynalovun və kürəkəni Nəriman Muradovun İstanbul Şişlidə də şərikli inşaat şirkəti var.

Yeznə-qayınların İstanbuldakı şirkətlərinin Nizamnamə kapitalı 100 min olub. Bunun 75 faizi Pərvizə, 25 faizi isə Nərimana məxsusdur.

Vidadi Zeynalov ötən il martın 15-də Sabunçu Rayon Məhkəməsinin qərarıyla azadlığa çıxıb" - C.Həsənli qeyd edib.





0.25107312202454