“Deputat Ağalar Vəliyevin oğlu Pərviz Vəliyevin Gürcüstanın Qara dəniz sahilindəki kiçik kurort şəhəri Kabuletidə tikdiyi bina. Deputatın oğlu qonşu ölkəyə ümumilikdə 50 milyon dollar vəsait yatırıb.” Bu barədə Avropada yaşayan azərbaycanlı jurnalist Cavanşir Həsənli məlumat yayıb.
bina agalarbina agalar1
Avropada yaşayan azərbaycanlı jurnalist Cavanşir Həsənli facebook səhifəsində bildirib ki, Tiflisin Zemo Vedzisi küçəsindəki bu kompleksin tikintisi azərbaycanlı investorlara 120 milyon dollara başa gələcək:
“Kompleksə beşulduzlu otel, iş mərkəzi, yaşayış binası və səhiyyə ocağı daxildir. İnvestor deputat Ağalar Vəliyevin oğlu Pərviz Vəliyevin şərik olduğu Kristal Building Ltd şirkətidir.”
bina agalar2bina agalar3bina agalar4
Jurnalist Cavanşir Həsənli bildirib ki, Gürcüstanın Kobuleti şəhərinin Agmashenebeli küçəsindəki bu beşulduzlu otelin təməli isə 3 il əvvəl atılıb:
“İnvestiya dəyəri 200 milyon laridir Təxminən 65 milyon dollar. 40.000 kv.metrlik sahəsi olan və 400 nəfərin işləyəcəyi oteldə 220 otaq və 300 nəfərlik konfrans salonu nəzərdə tutulur. Hotelin investoru deputat Ağalar Vəliyevin oğluna məxsus “Kristal Building” LTD şirkətidir.”
Açıqlamasında Milli Məclisin deputatı Ağalar Vəliyevin köməkçisi İlham Musayev deyib ki, “Ağalar Vəliyevin nə özü, nə də oğlu sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Çavanşir Həsənlinin yazdıqlarının heç bir əsası yoxdur”.
Jurnalist Cavanşir Həsənli Milli Məclisin deputatı Ağalar Vəliyevin köməkçisi İlham Musayev açıqlamasına cavab olaraq bildirib:
“Adam sübut istəyir, bu onun haqqıdır. Mən indi yazdıqlarımı ya sübut etməliyəm, ya da sübut edə biıməyəcəyəm halda üzr istəməliyəm.
Əvvəla Ağalar Vəliyevin özündən başlayaq. Cənab deputat “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin sədridir. “Azəraqrartikinti” ASC 1998-ci ildə eyni adlı dövlət şirkətinin bazasında təsis edilib.
Səhmdar Cəmiyyət qeydiyyatdan keçirilərkən, ümumi sayı 461.470 ədəd olan səhmlərinin dəyəri 11.229.400 manat təşkil edib. 1998-ci ildə dolların kursunun 4000 manat civarında olduğunu nəzərə alsaq, təxminən 31000 dollar! Səhmlərin 51 faizi deputat Ağalar Vəliyevə məxsusdur.
O, Gürcüstana oğlu Pərviz Vəliyevdən əvvəl ayaq açıb. 2015-ci ildən Ağalar Vəliyev ASC-nin Gürcüstanda da törəmə təsis edib. Törəmə şirkət “AS-AQRARŞMENİ” adı ilə Tiflis şəhərində qeydiyyata alınıb. Gürcüstandakı törəmə şirkətin qanuni təmsilçilik hüququ İmran Verdiyevə həvalə olunub. Kim deyir ki, Ağalar Vəliyev sahibkarlıq fəaliyyəti ilə məşğuldur?”
Deputatın oğlu qonşu ölkəyə 50 milyon dollar sərmayə yatırdı