Tikinti sektorunu AĞLAR günə qoyan Ağalar Vəliyev kimdir ?

 

Qısa məlumat üçün qeyd edək ki, 1998-ci ilədək Azərbaycanın bütün rayonlarında  tikinti işləri aparan “Azəraqrartikinti”  adlı Dövlət Şirkəti olub. Şirkətin prezidenti isə  Ağalar Vəliyev.
Təsəvvür edirsiniz  ölkənin hər rayonunda bu şirkətin filialları, işçiləri, avadanlıqları  və dahada nələr. 

Bir daha qeyd edirik ki, bu kiminsə dədəsinin firması, şirkəti-zadı deyil, məhz  dövlətin şirkəti olub. 
Və 1998-ci ildə ozamankı baş nazirin müavini, jurnalistlərə “ Alabala..” deyən  Abid  Şərifovun  təklifi ilə  Dövlət Şirkəti Səhmdar  Cəmiyyətinə  çevrildi və...o boyda əmlak Ağalar Vəliyevə  hədiyyə edildi.   

Ağalar Vəliyev isə oğlu Pərviz  Vəliyevin adına  “PZ Servis”MMC,  qardaşı oğlu Ramin Vəliyevin adına  “Azital İnşaat”  MMC  açaraq dövlət şirkətinin əmlakını tədricən qohum əqrəbasının adına keçirdi. 
Bu gün İstanbulun  mərkəzində , Sultanəhməd məscidi yaxınlığında yerləşən Aybar oteli 2015-ci ildə istifadəyə verilib. Dördmərtəbəli dördulduzlu otelin sahibi Milli Məclisin deputatı, Ağalar Vəliyevin oğlu Pərviz Vəliyevə məxsusdur. 
Pərviz Vəliyevin hazırda  Azərbaycanda plastik pəncərələr istehsal edən fabriki, betonzavodu və  “MƏLƏK” ailə-uşaq əyləncə mərkəzi də var.
Görəsən  bu cavan oğlan bu boyda sərvəti, pulu haradan əldə edib ? 
Hələ Ukraynadakı  böyük biznes şəbəkəsindən danışmırıq? 
“Kristal Abşeron” tikinti şirkəti də Ağalar Vəliyevə məxsusdur.

Bu adam uzun müddət dövlət şirkətinin prezidenti  və Milli Məclisin deputatı olub. Axı, dövlət məmurunun və deputatın biznes fəaliyyəti ilə məşğul olması  qanunla qadağandır.
Bəs onda Ağalar Vəliyev  bu boyda biznes imperatorluğuna necə sahib olub ? 
Bəli, ölkəni ağlar günə qoyan ağalar kimilərin işini dövlət qurumları yenidən və diqqətlə  araşdırmalıdır.

Mənbə: Gundelik-baku.com

 

0.14605402946472