Son vaxtlar Milli Məclisin üzvü Ülvi Quliyev vətənpərvərlik, patriotizm barədə müsahibələr, açıqlamalar verir, vətən sevgisindən ağızdolusu danışır.
Adama deyərlər ki, bircə dəfə erməniyə bir güllə atmısanmı ?
Özün də sağlam, idmançı adamsan, yəni döyüş qabiliyyətin və sağlamlığın və yaşın buna imkan verib.
Yaxşı, özün döyüşməmisən, 1-cə gün də orduda olmamısan, bunu qəbul etdik.
Bəs gənc oğlun Orxan Quluzadə niyə Azərbaycan ordusunda xidmət etməyib?
Belə olan halda sənin vətən sevgisindən, nə bilim milli təəssübkeşlikdən danışmağın mənasız bir şeyə çevrilir.
Bu quru divara palçıq vurmaq kimi bir işdir, cənab deputat.
Düzdür, cavan oğlunuz Orxan Quluzadə Azərbaycan ordusunda qulluq etməsə də Londonda əla qulluq edir.
Bəli, oğlunuz lap gənc yaşından dünya biznesinə qoşulub.
Onun sorağı Londondan, Parisdən gəlir.
Bu yaşda cavan oğlan Londondakı, Böyük Britaniya Krallığındakı dəyəri milyonlar olan 5 mülkü, milyonluq avtomobilləri, hansı pulla alıb, cənab Ülvi Quliyev?
Bəlkə, oğlunuzun Rusiyadakı biznesindən, restoranlarından danışaq?
Bəs, Qarabağda şəhid olan gənclərin nəyi var idi?
Çoxu kasıb daxmalarda böyüyən uşaqlar idi.
Onların vətən, millət sevgisindən danışmağa haqqı var.
Səninki isə şair demişkən, “ nitq söyləməkdir “.
Oğlun Orxanın 1 illik təhsil haqqı 40 min dollardır. Bu pulları haradan alırsan, cənab Quliyev?
Axı, sənin işin apteklərə dərman paylamaq idi. Özü də necə, hansı keyfiyyətdə, hansı qiymətə dərmanlar…
Müsahibəndə deyirsən ki, insanda əsas ruhdur…
Sağlam ruhu olan insan, nəinki öz soydaşlarını, ümumiyyətlə, Allahın yaratdığı heç nəyi pula görə zəhərləməz.
Sizlər üçün vətən də, torpaq da, din də, iman da puldur, sərvətdir.
Ona görə, bu uzun-uzadı nitqlərini özünə saxla…