Bakıda kanalizasiyası və suyu olmayan uşaq sanatoriyası…

 

11 mart tarixində 5 Saylı Uşaq Vərəm Sanatoriyasında içməli suyun alınması ilə bağlı müqavilə bağlanılıb.

Qaynarinfo xəbər verir ki, sanatoriyanın keçirdiyi kotirovka sorğusunun qalibi “Gemi İnşaat 2017” MMC olub.

Şirkətlə 30 min manat məbləğində müqavilə bağlanılsa da, sanatoriya üçün hansı həcmdə içməli su tədarük edəcəyi ilə bağlı məlumat açıqlanmayıb.

2 manat nizamnamə kapitalına malik “Gemi İnşaat 2017” MMC 23.06.2017 tarixində yaradılıb. Şirkət indiyə kimi 1 dəfə satınalmalarda qalib olub. Belə ki, 22.12.2020 tarixində şirkətlə Gədəbəy rayon Mərkəzi Xəstəxanasının ərazisi üçün dekorativ ağacların və qızılgül kollarının alınması ilə bağlı 9513.93 manatlıq müqavilə bağlanılıb.

“Gemi İnşaat 2017” MMC və şirkətin qanuni təmsilçisi Elman Rizvan oğlu Qarayevlə bağlı internet resurslarında hər hansı bir məlumat yoxdur…

Yeri gəlmişkən, 5 Saylı Uşaq Vərəm Sanatoriyası ötən içməli suyun daşınmasına 14 min 991 manat 60 qəpik xərcləyib və 30.10.2020 tarixində “Fatimə R” MMC ilə müqavilə bağlayıb. Həmin gün sanatoriya ilə “Fatimə R” arasında 10 min manat məbləğində çirkab suyun daşınması ilə bağlı müqavilə imzalanıb.

0.13322806358337