SOCAR-ın Sənaye Təhlükəsizlik İdarəsinin rəisi İsgəndər Şirəlinin ailə biznesi tənəzzülə uğrayır?!

 
CivilAzerbaycan.com xəbər verir ki, idarə rəsinin qızının adına olan şirkətlərdən biri, "LUNCHEF CATERİNG" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlətə olan vergi borcu gündən-günə artır. Hazırda şirkətin dövlətə olan vergi borcu 23.262 manatdan artıqdır.

Qeyd edək ki, İskəndər Şirəli ötən il Sənaye Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə təyin edilib. O, bundan əvvəl “Kompleks qazma işləri” trestinin müdiri vəzifəsində çalışıb.

İskəndər Şirəli bu illər ərzində övladları üçün biznes imperiyası yaratmağı bacarıb. Məlumata görə, onun övladlarının qalereyaları, villaları, restoranları var.
İskəndər Şirəlinin qızı Leyla Şirəli "Ağ şəhər Rəsm Qalereyası”nın sahibi, digər qızı Nilufər Qarayeva isə "LUNCHEF CATERİNG" Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibidir. Bu şirkətə "Zabitlər bağı”nda yerləşən "Lunch Chef” restoranı da daxildir.

Qeyd edək ki, İskəndər Şirəli "Kompleks Qazma İşləri Tresti”nin müdiri vəzifəsində çalışdığı illərdə qızına məxsus şirkətlə müqavilə bağlayaraq trestin 400 işçisinin yeməyini bu restorandan təşkil edib. Bağlanmış müqaviləyə görə “Kompleks qazma işləri” tresti hər ay "LUNCHEF CATERİNG" şirkətinə qırx min manatdan artıq vəsait ödəyib.

İddialara görə Şirəli ailəsinə məxsus şirkətlərin vergi borcunu ödəməməsinə səbəb maliyyə çatışmazlığı yox, şirkətlərinin bankrot olması görüntüsü yaratmaqdır.
Onu da qeyd edək ki, "LUNCHEF CATERİNG" şirkəti Koronavirus (COVİD-19) pandemiyasından zәrәr çәkdiyinә görә muzdlu işçilәrinә әmәk haqqının müәyyәn hissәsinin ödәnilmәsi üçün dövlәtdәn maliyyә dәstәyi alıb. Dövlət büdcəsindən şirkətə nə qədər maliyyə yardımı ayrılması barədə məlumat verilmir.

Mediada gedən digər məlumatlarda bildirilir ki, trest rəisinin qızı Leyla Şirəli “Ağ şəhər Rəsm Qalereyası”nın sahibidir. Qiyməti 100 minlərlə ölçülən obyekt ailəyə məxsusdur. Qalereyanın təmirini İskəndər Şirəli şəxsən həyata keçirib. Təmir işləri İskəndər Şirəlinin göstərişinə əsasən tabeçiliyində olan trestin əməkdaşları tərəfindən aparılıb. Bəzən mal-materiallar idarəninin balansından başqa təyinatla silinərək qalareyanın təmirinə yönəldilib. Daxil olan məlumatda o da deyilir ki, rəsm qalereyasının açılışı, təqdimatı, dekorasiyaların qurulmasına xərclənən vəsait Leyla Şirəlinin məmur atasının şəxsi hesabına reallaşdırılıb.

Şirəli ailəsinə məxsus daha bir bahalı obyekt “Zabitlər bağı”nda yerləşən “Lunch Chef” restoranıdır. Bu obyekt İskəndər Şirəlinin digər qızı Nilufər Qarayevaya məxsusdur. İsgəndər Şirəlinin rəhbərlik etdiyi trestin bütün əməkdaşlarının yeməklə təminatını da bu restoran həyata keçirir.

Trestdə fəhlələrin əmək haqlarının verilməsində gecikmələr müşahidə olunsa da restoranın ödənişlərində problem yoxdur. “Kompleks Qazma İşləri Tresti”nin 400 işçisi adambaşına gündəlik 5 manatlıq yeməklə təmin olunur. Beləliklə, İsgəndər Şirəli qızının restoranına idarə büdcəsindən hər gün 2000 manat (5 günlük iş həftəsinə görə ayda 44 min manat) vəsait ödəyir.

Dövlət Neft Şirkətinin (SOCAR) struktur bölmələrindən biri olan Kompleks Qazma İşləri Trestinə rəhbərlik edən İsgəndər Şirəliyevin ölkə xaricində biznes şəbəkə qurması haqda da mediada məlumatlar yayılıb. İsgəndər Şirəliyev 7-8 il öncə Türkiyədə biznes sahəsi qurmağa başlayıb. Həmin biznesin qurulmasında isə Fətullah Gülən hərəkatına bağlı və əslən azərbaycanlı olan şəxslərin köməkçi olduqları iddia edilir. Məlumatda vurğulanır ki, SOCAR-ın trest müdiri Türkiyənin İstanbul və Antalya şəhərlərində otelçilik biznesi yaradıb. Hazırda biznesi Şimali Kipr Türk Cumhuriyyətində yüksək səviyyədə fəaliyyət göstərməkdədir.

Məlumatda İsgəndər Şirəlyevin oğlu Xəzər Şirəlinin Kiprin Türk tərəfində torpaq sahəsi alaraq böyük bir istirahət kompleksi inşa etdiyi deyilir. Trest müdiri Kiprdəki istirahət kompleksini hərəkata bağlı bir iş adamı ilə şərikli inşa etməsi də gəzən söz söhbətlər arasındadır.

Son illər isə trest müdirinin əsas vəzifələrdə işləyən adamlarının çoxalması idarədə ciddi şəkildə narazılığa səbəb olub. Çünki İsgəndər Şirəlinin “starteji” postlara təyin etdiyi qohum, əqrabalarının əksəriyyətinin ixtisası neft sahəsi ilə uzlaşmır. Ancaq buna baxmayaraq onlar neft-kimya sahəsinə illərini verib ali təhsil alan mütəxəsislərə rəhbərlik etməklə bərabər həmdə əmr sahiblərinə çevriliblər. Məhz Komleks Qazma İşləri Trestində baş verən qohum əqraba haqsızılığı Dövlət Neft Şirkəti rəhbərliyinində gözündən qaçmayıb. Çoxsaylı şikayətləri və mətbuatda təkzib olunmayan davamlı məlumatları nəzərə alan rəhbərlik İsgəndər Şirəli ilə vidalaşmaq qərarına gəlib.
 
[media=https://m.youtube.com/watch?v=U-CYqXmxBI8&feature=youtu.be]

Qarşı tərəf kimi adları çəkilən şəxs və şirkət nümayəndəsinin münasibətində ictimailəşdirməyə hazırıq.
 
Mənbə: xeberfakt.az
Mənbə: CivilAzerbaycan.com
 
0.15041184425354