İmişlidə polis qeyri-rəsmi göstərişlə qapı toyuqlarının satışını qadağan edir? - VİDEO

 

İmişlidə polis qeyri-rəsmi göstərişlə qapı toyuqlarının satışını qadağan edir? - VİDEO

 
 
 
 
İmişlidə bazar və bazar ətrafı yerlərdə ev quşlarının satışı qadağan edilib.

Bu barədə Avropa.info-ya rayon sakinləri məlumat verib.

"Son bir həftədir polis əməkdaşları toyuq, hinduşqka, qaz və ördəklərdə xəstəlik olduğu üçün yumurta da daxil olmaqla alış-satışını qadağan edib. Əvvəl cücə inkubatorlqrını da bağladılar. Sonradan sahə müvəkkilinin sirli gəlişi ilə inkubatorlar açıldı, yumurta satışına icazə verildi. Ancaq ki, biz kasıbların çörək yeri olan toyuq cücələrin satışı qadağası qaldı. Sahə müvəkkili baytardır, həkimdir yoxsa polis əməkdaşıdır? İmişlidən başqa rayonlarda belə bir şey yoxdur. Daxili İşlər nazirinin adından istifadə edib bizlərə zülm verilir. Hətta bazar yaxınlığnda durduqda bazarın sahə müvəkkili gəlib bizi qovur.  Xahiş edirik ölkə rəhbərliyindən bu pandemiya dövründə biz İmişli sakinlərinə qarşı özbaşınalığ yığışdırılsın." deyə sakinlər qeyd edib.

 [media=https://m.youtube.com/watch?v=tA8W-2-cB3c&feature=emb_title]
 
0.17368197441101