“Ermənistanda revanşistlər hakimiyyətə gələrsə, Laçın dəhlizində...” - Azərbaycan üçün arzuolunmaz ssenari

 

"Prezident İlham Əliyev Türkiyənin Ermənistanla sərhədlərinin açılmasına mənfi rəy verilməyəcəyini qeyd etdi. Əgər N.Paşinyan hakimiyyətdə qalacaqsa, iki ölkə arasında sərhədlərin açılması, bu ölkədə Rusiyanın mövqelərini zəiflədəcək. Məhz Prezidentin bu mövqeyi, geosiyasi planın tərkib hissəsidir".

Yenisabah.az xəbər verir ki, bu barədə politoloq Məhəmməd Əsədullazadə bildirib.

Politoloqun fikrincə, Ermənistanda çevrilişin içində Armen Sarkisyanın da fəaliyyəti var:

"Bu arada Ermənistanda siyasi vəziyyət gərgin olaraq qalır. Prezident Armen Sarkisyan Paşinyanın təqdimatına baxmayaraq Baş qərargah rəisi Onik Qasparyanı vəzifədən azad etmədi. Burada prezidentə Rusiyanın təsirini istisna etmirəm. Baş qərargah rəisi birbaşa Kremlə bağlıdır. Çevriliş ssenarisində Prezident, Baş Qərargah və "Qarabağ klanı" birgə koordinasiyalı çalışır və demək olar ki, prezident də çevrilişin içindədir".

"Prezident İlham Əliyev də Ermənistanda revanşistlərin hakmiyyətə gəlməsində maraqlı deyil. Əgər, onlar çevriliş yolu ilə hakimiyyətə gələrsə, nəyin bahasına olursa, olsun "Laçın dəhlizində" Azərbaycan postu qurulacaq. Əksi isə, müəyyən problemlerin ortaya çıxmasına gətirib çıxaracaq.

Qeyd edim ki, yaxın aylarda Türkiyə Ermənistan sərhədləri açıla bilər. Azərbaycan tərəfi razılığını verdi", - deyə politoloq vurğulayıb.

0.1581859588623