Azərbaycanda nazirin adından sui-istifadə edən Məmmədov Böyükağa kimdir? 

 

Oxuinfo.az- n əməkdaşına müraciət edən bir qrup İmişli rayon Aranlı kənd sakinləri onların örüş sahələrinin əllərindən alınmasından şikayət ediblər.

Aranlı kənd sakinləri ilk öncə otuz illik Qarabağ həsrətlərinə son qoyduğu üçün ali baş komandan İlham Əliyevə öz minnətdarlığıarinı bildirdilər. Daha sonra kənd sakinləri başlarına gətirilən problemləri bizimlə bölüşdülər.Kənd sakinləri bildirdilər ki, Ata babadan əkib becərdikləri torpaq sahələrini özünü Fövqaladə Hallar Nazirinin adamı kimi təqdim edən Məmmədov Boyugağa Böyükişi oğlu tərəfindən zorla əllərindən alinib.

Aranlı kənd sakinləri aidiyyatı qurumlara müraciət etsələrdə məsələ bugünə kimi həllini tapmayib. Dəfələrlə prezidentin ünvanına məktublar göndərdiklərini bildirən kənd sakinləri məktubların kimlərinsə müdaxiləsi nəticəsində ölkə başçısına çatmasına imkan verilmədiyini dedilər, əks halda məsələ həllini çoxdan tapmişdi deyə kənd sakinləri bildirdilər. Amma prezidentin milli məclisdəki ictimai nəzarət haqqındaki fikirlərindən ruhlanan hüquqları pozulmuş kənd sakinləri media vasitəsindən istifadə edərək öz dərdlərini ölkə rəhbərinə çatdırılmasına umud etdiklərini bildirdilər. Aranlı kəndinin sakinləri ümidlərinin ölkə başçısı cənab İlham Əliyev olduğunu dilə gətirdilər.

Daha sonra hüquq mühafizə orqanlarından Məmmədov Böyükağa Böyükişi oğlunun onların başına açdığı bu oyunlara görə tapılıb məsuliyyətə cəlb olunmasını xahiş etdilər. Kənd sakinlərini başa düşmək elədə çətin deyil axı bu torpaqlar onların bir zamanlar əkib becərdiyləri, heyvanlarının örüş sahəsi olub.

P.S.Biz media işçiləri olaraq uzərimizə düşəni yerinə yetiririk ki, ölkə başçısı bu kimi hallardan xəbərdar olsun. Hörmətli cənab prezidentin media işçiləri mənim dostumdur mən onların sayəsində doğu düzgün məlumatlaniram deməsi vətəndaşların KİV- vasitələrinə müraciətlərinin sayını artmasina səbəb olmuşdur.

Redaksiyamız problemlə bağlı qarşı tərəfində fikirlərini dərc etməyə hazirdir.

0.16542196273804