"Dərbəndin yanında bir NATO bazası olsa, bu, fəlakətdir - Anatoli Kulikov

 

11 yanvar bəyanatı göstərdi ki, hər üç ölkənin lideri 10 noyabr sülh anlaşmasına sadiqdir. Bəs ermənilər və azərbaycanlılar sülh şəraitində yaşamağa hazırdırlarmı? Məsələ ilə bağlı Rusiyanın keçmiş daxili işlər naziri Anatoli Kulikovla “Komsomolskaya pravda”nın köşə yazarı Aleksandr Qamov həmsöhbət olublar.

–  Anatoli Sergeyeviç, Qarabağda müharibə başlayanda siz və mən fərqli proqnozlar verdik.

– Bəli, proqnozlarımız var idi…

– İndi Ermənistanın Baş naziri, Azərbaycan Prezidenti, Vladimir Putinin Kremldə bir araya gəlməsini nəzərə alsaq, Qarabağla bağlı razılaşmaya riayət olunduğunu qətiyyətlə söyləmək olar. Sizcə, bu münaqişəyə son qoyulacaqmı?

– Aleksandr, hərbi akademiyalarımızda komandirlər, hərbi rəhbərlər qərar qəbul edərkən xəritəyə bir ox qoyurlar, əsas zərbənin istiqamətini göstərirlər. Beləliklə, bu oxun ucunu əsgərlər çiyinlərində daşıyır. Amma siyasətdə bir az fərqlidir. Siyasətçilərin razılığa gəlməsi yaxşıdır. Lakin bu məsələdə çətin nüanslar çoxdur. İlk nüans qonşu olan insanların qarşılıqlı düşmənçiliyidir. Təsadüfi deyil ki, Əliyev dedi ki, “biz bir-birimizlə dinc yaşamağı öyrənməliyik”. Çox yaxşı sözlərdir. Bu, müəyyən dərəcədə gələcəyə ümid verir. Ancaq bu, altı aya, deyək ki, bir bakal şampan içib deyə biləcəyimiz məsələ deyil.

– İnternetdə oxuduqlarımla əlaqəli çətin bir vəziyyətə aydınlıq gətirməyinizi istəyirəm. Üç türk hərbi bazasının Azərbaycan ərazisində yerləşdirilməsi planları ilə bağlı…

– Azərbaycanlılar bunu təkzib etdilər. Allaha şükür ki, inkar olundu və bazalar orada olmayacaq. Əslində, belə bir amil vəziyyəti daha da çətinləşdirərdi. Bölgəni nəzərdə tuturam. İstisna etmirəm, bəlkə də bu təkbətək söhbətin mövzularından biri idi. Allaha şükür ki, bunun qarşısı alındı. Çünki əslində bu, artıq ciddi bir amildir. Məlum olur ki, Dərbəndin yanında, Rusiyanın yanında bir NATO bazası var. Bu, ümumiyyətlə. fəlakətdir. Bunun ardınca qüvvələr və qaynaqlar balansında strateji dəyişikliklər olacaq və onda strateji planlarımızı dəyişdirməliyik.

 – Ümid edək ki, bu, olmayacaq.

– Bəli, ümid edək ki, belə olmayacaq. Ancaq ümid içində də yaşayırıq. Münaqişənin başlamasından 30 ildən çox vaxt keçdi. Bəzi dərslər aldıq. Və yalnız biz deyil, həm də Qarabağ sakinlərinin özü.

– İndi siyasi liderlər də problemə fərqli baxırlar. Minlərlə insan itirildi. Hələ nə qədər itkinlər, əsirlər var. Ona görə də baxışlardakı fərq təbii qarşılanmalıdır. Amma düşünürəm ki, bölgədəki vəziyyətin tənzimlənməsi ilə bağlı hələ də ümid var. Ancaq güman edirəm ki, hələ də orada ən azı ilyarım çalışmalıyıq.

– Sülhməramlıları nəzərdə tutursunuz?

– Bəli. İndi deyə bilərikmi  ki, Anatoli Sergeyeviç Kulikov Azərbaycan və Ermənistanın yeni reallıqlara öyrəşməsini zəruri sayır?

– Tamamilə. Ermənilərlə azərbaycanlılar dinc, qonşuluq şəraitində birgə yaşamağı öyrənməlidirlər. İki xalq bir-birinə nifrət etmədən yaşamağa nə qədər tez alışsa, bir o qədər yaxşı olar. Həm ermənilər, həm də azərbaycanlılar üçün.

Tərcümə etdi: KONKRET.az   

0.092334985733032