Qəbələ İcra hakimiyyəti 8 tenderə 4 milyon 309 min 094 manat xərcləyib

 

Qəbələ İcra hakimiyyəti 8 tenderə 4 milyon 309 min 094 manat xərcləyib

 Qəbələ İcra hakimiyyəti 8 tenderə 4 milyon 309 min 094 manat xərcləyib
 

2020-cu ildə Qəbələ rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 4 milyon 309 min 094 manat məbləğində 10 tender keçirilib.

FED.az-ın məlumatına görə, İcra hakimiyyəti 8 tenderə 4 milyon 309  min 094 manat xərcləyib. Qəbələ Rayon İcra Hakimiyyətinin keçirdiyi ən böyük tenderin qalibi  "Baku Building" MMC (2 milyon 658  min 820 manat) olmuşdur.

Qəbələ Rayon Mərkəzi Xəstəxanası 2020-ci ildə 10 tender keçirib ki, qaliblərə 185 min 729 manat ödənilib. Ən böyük tenderin qalibi “Kripto lab” MMC olmuşdur.

2020-cu ildə Qəbələ Rayonunda keçirilən tenderləri  təqdim edirik.

imageimage

Qeyd edək ki, Qəbələ rayon icra hakimiyyətinin böyük məbləğdə büdcə vasitini - 2 milyon 658 min 820 manatı həvalə etdiyi "Baku Building" MMC bu RİH üçün heç də yabancı hesab oluna bilməz.

Araşdırmalardan aydın olur ki, Qəbələdə "Baku Building" MMC buna qədər də böyük vasitləri "ələ keçirməyə müvəffəq olub". Belə ki, təkcə elə keçən il Qəbələ Rayon İcra Hakimiyyəti ilə “Baku Building” MMC arasında 3 milyon manatlıq müqavilə bağlanıb.

Bildirək ki, “”Baku Building” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Samir Hüseynovdur.

Yəni aydın olanı odur ki, yeni yaranmış hesab olunan bu şirkət artıq milyonluq tenderləri asanlıqla "ələ keçirmək" iqtidarındadır.

İddia olunanlarla bağlı bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq.

0.085913896560669