“Vüqar Səfərli və KİVDF artıq yoxdur, bəs Vüqar Əliyev?” – Jurnalistdən ittiham

 

Vüqar Səfərli və KİVDF artıq yoxdur, Vüqar Əliyevə növbə nə zaman çatacaq?!”

Xeberfakt.az xəbər verir ki, bu fikri editor.az saytının baş redaktoru Fərid Şahbazlı sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, Azərbaycan mətbuatının ən böyük dostu və dəstəkçisi Prezident İlham Əliyevin sərəncamı ilə KİV-ə Dəstək Fondu ləğv edildi, əvəzində Medianın İnkişafı Agentliyi yaradıldı:

“Əminik ki, Əhməd İsmayılovun rəhbərliyi altında Agentlik Azərbaycan mediasının inkişafı naminə mühüm addımlar atacaq.
Bununla da “mətbu qəssab”, Azərbaycan mediasını ağlar günə qoyan Vüqar Səfərli və onun KİVDF-si artıq yoxdur.

Amma Azərbaycan mediasında ən pis ənənələrin əsasını qoyan, reketçiliklə mübarizə adı altında əslində əsl reketleri müdafiə edən, dövlətçilik prinsiplərinə xidmət edən jurnalistləri dövlətdən narazı salmaq üçün durmadan çalışan, jurnalistləri şantaj etməkdə ad çıxaran Vüqar Əliyev Prezident Administrasiyasında yenə də fəaliyyətdədir”.

F.Şahbazlı qeyd edib ki, yenə də işğaldan azad olunan tarixi torpaqlarımıza öz “kruqu”nu buraxan Vüqar Əliyev bədnam əməllərini davam etdirir:
“Düşünürəm ki, Vüqar Əliyevin işdən azad edilib, layiq olduğu yerə göndərilməsindən sonra Azərbaycan mediasında islahatlar daha da dərinləşə bilər”.

0.11749696731567