Dövlət Məşğulluq Agentliyinin işbirliyi qurduğu MMC-lər kimlərə məxsusdur?

 

Ötən həftə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında “Dövlət Məşğulluq Agentliyi” publik hüquqi şəxsi tərəfindən keçirilən tender prosedurlarına yekun vurulması barədə məlumat verilib.Məlumatda daha çox diqqət çəkən məqam 7 milyon manat civarında dövlət satınalmalarının qalibi olan MMC-lərdir.

 

Daha öncə satınalmalar barədə Aktualinfo.org xatırladır ki, “Dövlət Məşğulluq Agentliyi” publik hüquqi şəxsin Bakı Dövlət Regional Peşə Təhsili Mərkəzinin maddi-texniki bazasının beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə tədris vəsaitlərinin, digər malların (iş və xidmətlərin) satın alınması üzrə keçirdiyi tender proseduruna 25.12.2020-ci il tarixdə yekun vurulub və “Universitas-İnternational”  MMC və “Nur-SS” MMC konsorsiumu ilə 5 976 966 manat dəyərində müqavilə bağlanıldığı elan olunub.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında “Dövlət Məşğulluq Agentliyi” publik hüquqi şəxsi tərəfindən elan olunmuş, yeni peşə və kvalifikasiya standartlarının hazırlanması və mövcud peşə və kvalifikasiya standartlarının yenilənməsi xidmətlərinin satın alınması üzrə 900 000 manat məbləğində müqavilə 25.12.2020-ci il tarixdə “GLOBAL LEGAL” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanıb.

 

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “UNİVERSİTAS-İNTERNATİONAL” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 18.05.2017-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib.Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, ZƏRİFƏ ƏLİYEVA, ev 55, 6-cı mərtəbə, 48-ci ofis,qanuni təmsilçisi kimi Paşayev Araz Nadir oğlu qeyd edilib.

 

Elektron kütləvi informasiya vasitələrində yayılan məlumatlarda bu MMC-nin arxasında yüksək çinli bir məmurun dayandığı bildirilir. Yəqin belə olmasaydı qısa bir müddət ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabeli qurumların keçirdiyi bir neçə tenderin qalibi olmazdı.

Dövlət Məşğulluq Agentliyinin işbirliyi qurduğu MMC-lər kimlərə məxsusdur?

 

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “NUR-SS” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 29.10.2004-cü il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib.Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, HAQVERDİYEV, ev 13, m. 19, qanuni təmsilçisi kimi İbrahimov İbrahim Ədalət oğlu  qeyd edilib.

 

Barəsində heç bir məlumat olmayan,ən azından bir veb səhifəsi belə olmayan bu MMC son aylarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabeli qurumların keçirdiyi onlarla tenderin qalibi olub. Qeyd edək ki, 2015-2016-cı illərdə Unibank” ın iddiasına əsasən kredit borcunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair məhkəmədə İbrahimov İbrahim Ədalət oğlu cavabdeh qismində cəlb olunanlardan biri olub. Maraqlıdır kredit borcuna görə məhkəməyə cəlb olunmuş bir şəxs milyonlarla manat dəyəri olan dövlət sifarişlərini necə həyata keçirir?

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “GLOBAL LEGAL” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 30.12.2015-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib.Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, MİR CƏLAL 4 MKR, ev 60, m. 89,qanuni təmsilçisi kimi Yəhyayeva Sevil Teymur qızı qeyd edilib.

Açıq mənbələrdə barəsində heç bir məlumat olmayan bu MMC-nin 1 milyon manat civarında dövlət sifarişini hansı maddi texniki baza ilə həyata keçirəcəyi də sual doğurur.Qeyd edək ki,bu MMC-nin də qanuni təmsilçisinin kimliyi maraqlı simadır.Bu olmaya Masallı rayon İcra Hakimiyyətinin sabiq İcra başçılarından olmuş Teymur Yəhyayevin qızıdır? Təbii ki,bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli daha yaxşı bilər.

Mənbə Aktualinfo.org

0.14611196517944