Azərbaycanda mülki əhalinin qorunması üçün israilli diplomatdan təklif

 

İsrailin Azərbaycandakı keçmiş səfiri Artur Lenk bu ölkənin “Dəmir Qübbə” sisteminin Azərbaycanda mülki əhalinin qorunması üçün istifadə edilməsi təklifini irəli sürüb.

 

Paralel.az xəbər verir ki, keçmiş səfir bu barədə öz tvitter hesabında yazıb.

 

“Sderot, Aşkelon və Beer-Şevadan olan israillilərə bu hekayə tanışdır. Döyüş meydanındakı itkiləri tarazlaşdırmaq üçün mülki əhaliyə raketlər atılır. Biz “Dəmir Qübbə” sistemini Azərbaycanla bölüşməliyik”- deyə Artur Lenk vurğulayıb.

 

Qeyd edək ki, “Dəmir Qübbə” İsrail tərəfindən istehsal olunmuş istənilən hava şəraitində işləməyi bacaran qısamənzilli hava hücumundan müdafiə sistemidir. Bu sistem istənilən ərazini 4 kilometrdən 70 kilometrə qədər məsafədən atılan qısa-məsafəli raketlərdən və ya artilleriya atəşindən qorumaq imkanına malikdir.

0.15021204948425