Eldar Mahmudovun qohumu şikayət verdi

 

Həbsdə olan Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) sabiq sədri Beytulla Hüseynov Bakı Apelyasiya Məhkəməsinin qərarından kasasiya şikayəti verib.

Axar.az xəbər verir ki, Beytulla Hüseynov ona verilən cəzadan narazıdır. O, barəsində bəraət hökmünün çıxarılmasını və üzərinə həbs olan əmlaklarının özünə qaytarılmasını istəyib.

Beytulla Hüseynovun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə təqdim edilib.

Onun şikayəti Ali Məhkəmənin hakimi Əli Seyfəliyevin icraatına verilib.

Məhkəmənin ilkin baxış iclasının vaxtı yaxın günlərdə məlum olacaq.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Beytulla Hüseynov 13 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə onun cəzası 7 il 6 aya qədər endirilib. Onun əmlaklarının müsadirə olunması barədə qərar qəbul edilib.

Qeyd edək ki, Beytulla Hüseynov məhkəmə dövründə dövlətə vurduğu 10 milyon manatlıq ziyanı tam ödəyib.

Beytulla Hüseynov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumudur.

Bundan əvvəl isə əqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov və onun ailə üzvləri də Ali Məhkəməyə şikayət verib. Bu ildə hakim Əli Seyfəliyevin icraatındadır.

Qeyd edək ki, Vidadi Zeynalovun qohumları Bakı Apelyasiya Məhkəməsinin qərarından kasasiya şikayəti veriblər. Onlar əmlakları üzərinə qoyulmuş həbsin götürülməsini tələb ediblər. Qeyd edilib ki, Vidadi Zeynalovun baba evi, yəni 1923-cü ildə alınmış mənzil hələ də həbsdən azad edilməyib. Vidadi Zeynalov özü isə cəza ilə bağlı heç bir şikayət verməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Zeynalov 13 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsinin qərarına əsasən onun cəzası 4 ilə endirilib.

Vidadi Zeynalola birlikdə mühakimə olunan Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov 13 il, Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədov 11 il, Rabitə Mülki Tikinti MMC-nin direktoru Emin Məmmədov 10 il, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev 5 il, Azərpoçt MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmə əsasən, Aztelekom MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, AzİnTelekom MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, Optik Rabitə, Tikinti və Quraşdırma MMC-nin baş mühasibi Səhrab Hümbətov, Aztelekom MMC-nin baş mühasibi Oqtay Rüstəmov, Təmir-Təchizat Servis MMC-nin direktoru Bayram Vəliyevun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Beytulla Hüseynovun cəzası 7 il 6 aya endirilib. Qərara əsasən, Namazalı Məmmədov, Qəmbər Bəybalayev, Anar Mustafayev və Emin Məmmədov şərti cəza verilib, onlara məhkəmə zalından azadlığa buraxılıb.

 

0.16102409362793