Müstəqil Azərbaycan Cümhuriyyətimizin arzuladığı dövlətdir

 

Vaqif Abdullayev

Siyasi elmlər doktoru, professor,

YAP Siyasi Şurasının üzvü

 

102 il əvvəl xalqını ürəkdən sevən, milli azadlıq ideyalarının çarçıları olan vətənpərvər ziyalımızın siyasi əməyi nəticəsində Şərqdə ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti (AXC) öz istiqlaliyyətini elan etdi.

Xalqımızın milli dövlətçilik tarixinin şanlı səhifəsi və salnaməsi olan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyət dövrü hər zaman xalqımız tərəfindən qürurla xatırlanmış, dövlətçilik tariximizdə iftixarla qeyd edilən mühüm hadisəyə çevrilmişdir.

Azərbaycan Demokratik Respublikası həm də Azərbaycan sözünün müasir siyasi-hüquqi məzmun, rəsmi dövlət statusu almasına səbəb olmuşdur. Dövlətçilik atributlarımızı, ordumuzu, himnimizi, gerbimizi yaradan Xalq Cümhuriyyəti bütövlükdə Türk dünyasında, müsəlman Şərqində parlaq bir hadisəyə çevrilmişdir.

mus

Ulu öndərimiz Heydər Əliyev Cümhuriyyətimizi xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi kimi dəyərləndirərək qeyd edirdi ki, “Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır”.
Ümummilli lider Azərbaycan Xalq Cümhuriyyətini xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirməsində müstəsna rol oynadığını xatırladaraq cümhuriyyətin təşəkkül tapmasında və fəaliyyət göstərməsində ona rəhbərlik etmiş şəxslərin - Əlimərdan bəy Topçubaşovun, Məmməd Əmin Rəsulzadənin, Fətəli Xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin və başqalarının xidmətlərini yüksək qiymətləndirmişdir. Fəxr və qürurla bildirirdi ki, bu günkü müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin əmanətidir.
Prezident İlham Əliyevin milli dövlətçilik tariximizin qürur və şərəf səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinə dərin ehtiram hissi ilə yanaşır, Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verir, bu tarixi günü daim əziz tutur. Onun bu diqqətinin nəticəsində Xalq Cümhuriyyətinin qurucularının adları əbədiləşdirilib, həm ölkəmizdə, həm də bir çox xarici dövlətlərdə Respublika günü yüksək xalq bayramı kimi qeyd edilir.
Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinə olan dərin ehtiramının nümunəsi olara AXC-nin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində abidə ucadılıb. 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi və həmin il çərçivəsində ölkəmizdə və xarici dövlətlərdə silsilə tədbirlərin keçirilməsi, Azərbaycan Milli Ordusunun yaradılmasının 100 illiyinin qeyd olunması, sentyabrın 15-də Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş möhtəşəm paradın keçirilməsi milli mənlik şüurumuzun, milli dövlətçiliyimizin şah əsəri olan Cümhuriyyətimizə diqqət və qayğısının göstəricisidir. Dövlətimizin başçısının iftixarla bildirdiyi kimi bugünkü müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. “Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaradırıq”.

0.22539901733398