Siyasi elmlər doktoru, professor,
YAP Siyasi Şurasının üzvü
Azərbaycan Prezidenti İlham Əliyevə xalqımızın dərin möhtəşəm etimadının sonsuz olması məlumdur. Bu, birmənalıdır.
Cənab Prezidentə son günlər müxtəlif sosial qrupları əhatə edən vətəndaşların çoxminli müraciətlərində xüsusi məhəbbəti, səmimiyyəti, dərin minnətdarlığı görmək olar.
Bu müraciətlərin hər birində qədirbilən insanların bu ağır günlərdə əsil vətəndaşlıq nümunəsi nümayiş etdirilir, koronavirusla mübarizədə dövlətimizin başçısının bütün istiqamətlər üzrə atdığı qətiyyətli addımları, göstərdiyi xüsusi diqqət və qayğı alqışlanır. Budur, əsil dövlət və xalq birliyinin möhəşəmliyi.
“Allah Sizi bizə çox görməsin!”, Qarabağ müharibəsi veteranlarından birinin müraciətindəndir. Sağlamlığını Ana Vətən yolunda itirmiş bu qazimiz indi müəllim kimi torpağa məhəbbəti, vətənpərvərliyi öz şagirdlərinə öyrədir, yorulmur, bu zövqverici peşəsindən qürur hissi keçirir.
“Evdə Qal”sa da şagirdləri ilə əlaqəni itirmir, Azərbaycan hökumətinin əzm və iradə ilə vətəndaşlarının sağlamlığı və sosial qayğısı naminə gördüyü misilsiz işləri təbliğ edir, əsil Qazi-Müəllim kimi milyonlara örnək olur.
Öz doğma yurdlarını itirmiş məcburi köçkünlərin müraciətlərində də Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya olan sevgi və ehtiram ifadə olunur. Olduqca nikbin bu vətəndaşlar pandemiaya və daha böyük virus olan ermənilərə məhz İlham Əliyevin müdrik qərarları sayəsində qələbə qazanacağımıza inamlıdırlar.
69 yaşı təqaüdçünün dövlət başçısına məktubunda kövrək bir qəlbin xoş duyğularını, ağsaqqal öyüdünü, müdrikliyini görməmək olmur. Xalqımızın hər bir ailəsini öz ailəsi kimi doğma, hər vətəndaşı öz övladı hesab edən ahıl yaşlı vətəndaşımızın arzuları, duaları sonsuzdur, müqəddəsdir.
Qol çırmalayıb torpağını əkib-becərən, məhsul toplayan kəndli də, əli işdən ayrılmayan fəhlə də, sahibkar, fermer də, səngərdə Vətənin keşiyində ayıq-sayıq dayanan əsgər də Prezidentinə üz tutaraq ölkəmizin çətin dönəmində dayanmadan, yorulmadan apardığı islahatları alqışlayırlar, şəfqət, mərhəmət, humanizm kimi keyfiyyətlər kimi həyati dəyərlərə xüsusi önəm verməsini, əsil rəhbər qayğısını unutmayacaqlarını bildirirlər.
Prezidentə müraciətlər, məktublar saysız-hesabsızdır. “Nə xoşbəxtik ki, Vətənin bu çətin günündə daim xalqının yanında olan, ürəyi xalqı ilə döyünən Prezidentimiz var”, “Siz xalqımıza dayaqsınız”, "Biz də hər zaman Sizin arxanızdayıq”.
Tələbədən müəllimə, gənclərdən yaşlı insanlara qədər hər kəs Onun və Mehriban xanımın qəlbinin mərhəmətindən, sevgisinin dərinliyindən, qayğıkeşliydən müdrikliyindən yazır. Hər kəs Onun yanındadır. Hamı öz Liderinin böyük iradəsi ilə həyatın yenidən öz axarına düşəcəyinə, xoş sabahlara çatacağına əmindir.