Xəbər verdiyimiz kimi, bugündən təhsil naziri vəzifəsini Ceyhun Bayramov icra edəcək.
Axar.az xəbər verir ki, Ceyhun Əzizoğlu Bayramov 1973-cü ildə Bakıda anadan olub. 1990-cı ildə orta məktəbi gümüş medalla, Azərbaycan Dövlət İqtisad İnstitutuna fərqlənmə diplomu ilə bitirib.
Azərbaycan Universitetində hüquqşünas ixtisasına da yiyələnib.
O, 1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 2000-2002-ci illərdə “Salans Hertzfeld & Heilbronn (Baku) Limited” şirkətində hüquqşünas, 2002-2013-cü illərdə isə “OMNİ” hüquq şirkətinin direktoru olub.
2004-2012-ci illərdə dünyanın aparıcı hüquq nəşrlərindən olan “Chambers Global”, “IFLR1000” və “Legal500” tərəfindən hər il Azərbaycanda vergiqoyma və mülki hüquq sahəsində aparıcı hüquqşünaslar siyahısına daxil edilib.
2013-cü il mayın 30-dan avqustun 12-dək Təhsil Nazirliyi aparatının rəhbəri vəzifəsində çalışıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 avqust 2013-cü il tarixli sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin olunub.
Evlidir, 2 övladı var.