Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Şəki rayonunun Kiş kəndində abadlıq-quruculuq işləri aparılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb.
Axar.az xəbər verir ki, sərəncama əsasən, Şəki rayonunun Kiş kəndindəki “Kiş alban məbədi”nə aparan dairəvi avtomobil yolunun tikintisi və yolboyu ərazinin abadlaşdırılması üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Şəki Şəhər İcra Hakimiyyətinə 1,0 (bir) milyon manat ayrılıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Xalça Muzeyinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan xalça sənətinin təbliğində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:
Abasova Aygün Elşad qızı
Səlimov Yalçın Ramiz oğlu.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Xalça Muzeyinin əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan xalça sənətinin təbliğində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər:
Ağayeva Püstə Tofiq qızı
Məlikova Təranə Nadir qızı
Zeynalova Rəma Mais qızı.
***
Azərbaycan Respublikası Prezidenti Təranə İsgəndərovanın “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanda mədəni irsin təbliğində səmərəli fəaliyyətinə görə Təranə Qulam-Rza qızı İsgəndərova “Tərəqqi” medalı ilə təltif edilib.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Milli İncəsənət Muzeyinin əməkdaşlarına “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanda muzey işinin inkişafı və mədəni irsin təbliğində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib:
Əfəndiyev Toğrul Rasim oğlu
Əsədova Xədicə Vəli qızı
Həbibova Sevda Nürəddin qızı
Məlikova Əminə Zakir qızı
Nuriyeva Mehriban Qulam qızı.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Xalça Muzeyinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan xalça sənətinin təbliğində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:
“Əməkdar rəssam”
Bəşirov Taryer Ağaveyis oğlu
“Əməkdar mədəniyyət işçisi”
Şirəliyeva Asya Əlimövsüm qızı.