Fəzail Ağamalı dövlətçiliyə, yoxsa təxribatçı güclərə xidmət edir?!

 
 

Fəzail Ağamalının KİVDF-yə münasibətdə qərəzli açıqlamaları və onun  prezidentin fəaliyyətinə kölgə salmaq istəyən bəzi güclər tərəfindən dərhal dəstəklənməsi də bir daha dediklərimizin sübutu hesab edilə bilər. Bütün bunlar da əslində Fəzail Ağamalının üzdə dövlətçiliyi dəstəklədiyinı, ancaq pərdə arxasından prezidentin fəaliyyətinə kölgə salmaq istəyən qüvvələri dəstəklədiyi ehtimalını  bir daha üzə çıxarır. Əgər həqiqətən də Fəzail Ağamalı özünün iddia etdiyi kimi dövlətçiliyi, prezident İlham Əliyevin siyasətini dəstəkləyirdisə, onda o, məsələ ilə bağlı ondan-bundan eşitdiyi sözlərlə deyil, faktlara istinad edərək məsələni  rəsmi şəkildə gündəmə gətirərdi. Amma o bunu etməyib və öz çirkin xislətinə uyğun olaraq hər hansı fakta əsaslanmadan KİVDF-ni hədəfə alaraq  ölkə rəhbərliyi səviyyəsində görülən işlərə ləkə salmağa çalışıb. Fəzail Ağamalı KİVDF-ni hədəfə almazdan öncə yaxşı olardı ki, parlamentdəki 5 il ərzində ağzına su alıb oturan bəzi  millət vəkillərinin fəaliyyətinə qiymət verəydi, onların bu müddət ərzində nə ilə məşğul olduğu ilə maraqlanaydı. Digər tərəfdən də millət vəkili olaraq Fəzail Ağamalı nə vaxt xalqın problemlərini parlament qarşısında qaldıraraq onların həllinə cəhd edib. Bax bunu demək çətindir.

Halbuki Fəzail Ağamalının “seçildiyi” seçki dairəsində kifayət qədər problemlər mövcuddur və onların aradan qaldırılması onun üzərinə düşüb. Və yaxud millət vəkili kağız üzərində deyil, rəsmi şəkildə sonuncu dəfə nə vaxt seçiciləri ilə görüşərək onların problemləri ilə maraqlanıb?  Fəzail Ağamalı kifayət qədər millət vəkili imtiyazlarından istifadə edərək özünə yaxşı gün ağlaya bilib və əsl kapitalist kimi yaşayır. Bunun əvəzində isə o xalqa heç nə verməyib.

Nəhayət, 72 yaşlı Fəzail Ağamalı əgər prezidentin həyata keçirdiyi islahatları dəstəkləyirsə, niyə millət vəkili kimi və eyni zamanda partiya sədri kimi yaşına görə dərhal istefa verməyib? Əgər həqiqətən də prezidentin fəaliyətini dəstəkləyirsənsə zəhmət çək, ərizəni yaz, istefa ver, öz yerini partiyanda olan cavan üzvlərə təhvil ver.

Eyni sözləri Fəzail Ağamalını dəstəkləyən millət vəkili Əliağa Hüseynov barəsində də demək olar. Əliağa Hüseynovun hərbi komissar işlədiyi vaxt hansı oyunlardan çıxdığı isə heç kimə sirr deyil və bu barədə illər öncəsi mətbuatda kifayət qədər məlumatlar gedib. Onun hərbi komisar işlədiyi vaxt rüşvət alaraq cağırışçılara ordudan möhlət hüququnun verilməsi üçün az qala qiymət cədvəli tərtib edib komisarlıqda divardan asmışdır: Qısa müddətli möhlət üçün 500-700 dollar, uzun müddətli möhlət üçün 1500-2000 usd müəyyən etmişdir. Yaxşı olardı ki, onun komisar kimi fəaliyyət göstərdiyi illərdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi araşdırma aparsın və həmin illərdə möhlət hüququ verilən çağırışçılardan hansı əsaslarla xidmətə göndərilmədiyi araşdırılsın. Əgər dəqiq araşdırılma aparılarsa keçmiş komisarın dəbdəbəli villaları, restoranları və şadlıq saraylarını  hansı pulla əldə etdiyi üzə çıxar. Vergilər Nazirliyi həmin müəssisələri yoxlasa, dövlət büdcəsindən nə qədər yayınmalar olduğu məlum ola.

Nəhayət, Əliağa Hüseynovun millət vəkili kimi parlamentdə prezidentin siyasi kursunu dəstəklədiyi barədə çıxış etməsini də xatırlamaq çətindir, əgər prezident kursunu dəstəkləyirsə onda 72 yaşı olduğu üçün özü birinci getməlidir. Amma belə bir adamın ölkə rəhbərliyi tərəfindən dəstəklənən KİVDF-nin fəaliyyətinə ləkə salmağa cəhd edən Fəzail Ağamalını dəstəkləməsi də onun çirkin niyyətindən xəbər verir. Fəzail Ağamalıya gəlincə bir daha demək istəyirik ki, prezidentin dəstəklədiyi KİVDF-nin fəaliyyətinə  ləkə salmaq, şübhə altına almaq cəhdləri  onun əvvəllərdə olduğu kimi istənilən vaxt  simasını dəyişdirməyə hazır olduğunu göstərir. Azərbaycan dövlətçiliyinə də ən böyük zərbə belə simasızlardan gəlir və şübhəsiz ki, Fəzail Ağamalı kimilərinə ən layiqli cavabı da daim ölkə rəhbərliyini dəstəkləyən xalqımız verəcək.

Qulu Məhərrəmliyə gəldikdə isə biz onu savadlı jurnalist kimi tanıyırdıq, ancaq bu çıxışlarından görünür ki, heç bir fakta istinad etmədən qərəzli mövqe tutub. Qulu müəllimi başa düşmək olar, çünki 10 ildən çoxdur ki, o media aləmində yox kimidir. Jurnalistikanın İnkişafına Yardım Fondunun isə özü kimi  heç bir fəaliyyəti görünmür. Yaxşı olardı ki, Qulu Məhərrəmlinin yaratdığı qurum Kütləvi İnformasiya Vasitələrinə və jurnalistlərə göstərdiyi hansısa yardım haqqında hesabat versin.

Mediainfo.az

0.34406495094299