Azərbaycanda mobil operatorların müştəriləri aldatması artıq ənənəvi hala çevrilib. Uzun müddətdir ki, bununla bağlı mediada məlumatlar yayılır. Vətəndaşlar da artıq mobil operatorlardan şikayətçi düşməkdən beziblər. Hansı operatordan istifadə etsələr, eyni problemlərlə qarşılaşırlar. Ona görə də dərdlərinə çarə tapa bilməyən vətəndaşlar öz şikayətlərini mətbuata ünvanlayır.
Fikirləşirlər ki, bəlkə nə vaxtsa operatorlar insafa gəlib öz nöqsanlarını aradan qaldırar. Ancaq təəsüflər olsun ki, bu qədər şikayətin olmasına baxmayaraq operatorlarda olan nöqsanlar aradan qaldırılmır, əksinə, şikayətlər və narazılıq günü-gündən artır. Sanki vaxtaşırı mənasız kampaniyalarla "rəqabət” mənzərəsi yaradan operatorlar əslində rəqabət aparmırlar, öz aralarında anlaşaraq müştəriləri elə müştərək şəkildə istismar edirlər.
Halbuki, real rəqabət olduğu təqdirdə insanlar üçün normal seçimlər, münasib şərtlər və bir-birindən fərqlənən xidmət təklifləri olmalıdır. Mobil operatorlar sırasında ən çox nöqsanlar olan operatordan biri də "Azerfon” şirkətidir. "Azerfon” şirkətində olan nöqsanlarla bağlı mətbuatda bir çox yazılar dərc olunub.
Uğursuz tətbiqetmələr
Elə bu şirkətin "Facebook” səhifəsində şərh yerlərində yazılan şikayətlərə, narazılıqlara baxsaq, kifayət edər. Reklam olunan "Narwalk” naviqator tətbiqetməsi belə, vətəndaşların narazılığına səbəb olub. Məsələn, "Vugar Ahmad” adlı profil səhifədə yazır: "tətbiqetmə məsafəni səhv ölçür, dəfələrlə yoxladım, eyni şeydir”.
Aldadıcı internet paketləri
"Nar mobile” özünün "sərfəli” internet paketləri ilə fəxr edir. Xüsusilə də, "limitsiz” paketlərlə. Lakin istifadəçilər bundan da narazıdır, çünki ortada "limitsiz” deyə bir şey yoxdur.
İnsanlar "Facebook” səhifəsində dəfələrlə qeyd edirlər: "Gündə bir mənasız kampaniya düşününcə, internet və danışıq tariflərini ucuzlaşdırın”.
Belə ki, bir neçə ildir ayda 20 manat ödəyərək "Nar Mobile” aylıq limitsiz internet paketindən istifadə edən abunəçilər daim şikayətlənir ki, əvvəllər bu paketdən istifadə zamanı internetin sürəti qismən də olsa normal idi. Ancaq son aylarda aylıq limitsiz internet paketindən istifadədə problemlə üzləşməyə başlayıb.
Müştəri aylıq limitsiz internet paketini aktivləşdirəndən cəmi 15-16 gün sonra internetin sürətinin kəskin azaldıldığını müşahidə edir.
"Nar Mobile”nin müştəri xidmətinə zəng edəndə isə abonentə deyiblər ki, sürətin yenidən artmasını istəyirsə, ayın tamam olmasını gözləmədən yenidən 20 manat yükləməlidir.
Şirkətdən bunu belə əsaslandırıblar ki, paketin adı "limitsiz” olsa da əslində müştəriyə 15 GB həcmində internet trafiki ayrılır, bu limit bitəndən sonra internetin sürəti azaldılır.
Zəng etmək mümkün deyil
Azərbaycanda fəaliyyət göstərən GSM standartlı "Nar Mobile” mobil operatoru digər mobil opratorlarla müqayisədə abunəçilərinə keyfiyyətsiz xidmət təqdim edir. Abunəçilərin şikayətlərinin məğzi eynidir: zənglər getmir və daxil olmur. Bəziləri isə rabitə xidmətindən istifadə etməyə müvəffəq olsa da, əlaqənin keyfiyyəti bərbad olub və müəyyən qırılmalar müşahidə olunur.
Nar Mobile oğurlayır, yoxsa oğrulara dəstək verir?
"Facebook”da bir neçə profil sahibi "Azərfon”nun (Nar-Mobile) icazəsiz, xəbərsiz onların ciblərinə girmələrindən və pul vəsaitlərini oğurlamalarından şikayətləniblər. Hətta bu soyğunçuluq hərəkəti ilə bağlı foto-faktlar da paylaşılıb. Yayılan məlumatlara görə, mobil şirkəti heç bir rəsmi bildiriş-filan olmadan hər gün balansdan 59 qəpik pul silinməsini təmin edir:
"Bundan xəbərdar olan kimi 777-ylə əlaqə yaratdım. Daha sonra mənə mesaj göndərib, zorla inandırmağa çalışdılar ki, guya hansısa pullu sayta abunə olmuşam. Buna görə məndən 59 qəpik oğurlanırmış. Yenidən 777-ilə danışdım. Uzun-uzadı danışsaq da, xeyri olmadı. Nəhayət, məni inandırmağa çalışdılar ki, hansısa sayta zəng edim. Yəni gedən gedib, qalan pulunuzu qorumaq istəyirsinizsə, saytla əlaqə yaradım. Onlarla əlaqə yaratmaq isə mümkün deyil. Bir də axı, mən "Azərfon”un müştərisiyəm. Niyə bu operator mənim xəbərim olmadan hansısa fırıldaqçı şirkət və saytlara abunəçilərini calayır? Niyə bizi pullu abunələrə özbaşına qoşurlar ki?! Nə maraqları var? Bizi soymaqla bu operatordan kütləvi imtina etməyə səbəb verdiklərinin fərqində deyillərmi?”
Korporativ xidmətlərdə nöqsanlar
Şirkətlərə satılan korporativ nömrələrlə bağlı vəd edilən "yüksək” xidmətlər heç də özünü doğrultmur. Məsələn, bu xidmətdən istifadə edən Mahmud Rasimoğlu bildirib: " Mən şirkətin nümayəndəsindən xahiş elədim ki, bizim agentliyə ən ucuz telefon nömrəsi satılsın. Aramızda bağlanan müqaviləyə görə, bir dəqiqəlik danışıq 4 qəpik olmalı idi. Agentliyin əməkdaşları arasında danışıq qiyməti isə 1 qəpik olmalı idi. Mən şirkətdən agentlik üçün 20 telefon nömrəsi götürdüm”.
Mahmud Rasimoğlunun sözlərinə görə, müqavilə imzalanarkən, "Azerfon”un nümayəndəsi bildirdi ki, alıcılara bonus nəzərdə tutulur və bonusun miqdarı alınan nömrələrin sayı ilə mütənasibdir. Bundan sonra Mahmud Rasimoğlu təsisçisi olduğu digər şirkətlər üçün də "Azerfon”dan telefon nömrələri almaq qərarına gəlir və şirkətin nümayəndəsi Elnarə Kərimliyə müraciət edir.
Elnarə Kərimli isə bildirir ki: "Çox gözəl, biz sizin istəyinizi nəzərə alarıq. Biz sizə bonus kimi mobil telefonlar hədiyyə edərik və gələcəkdə sizin istifadə elədiyiniz telefon nömrələri üçün dəyəri azaldarıq”. Aramızda bağlanan müqaviləyə uyğun olaraq bizə təxminən 20 telefon nömrəsi verildi. Ancaq Elnarə Kərimlinin vəd elədiyi bonus olmadı. Bundan əlavə, hər alınmış nömrəyə görə, istifadə edib-etməməyimizdən asılı olmayaraq hər ay 2 manat ödəməli olduq. Bu şərtlər məni qane etmədiyindən, daha uyğun şərtlər təklif edən "Bakcell”ə müraciət etməli oldum. Mən "Azerfon”dan xahiş elədim ki, mənim tərəfimdən alınmış telefon nömrələri "Bakcell”in balansına köçürülsün. Ancaq Azerfon bizdən "qopmaq” istəmədi. Və bizə bonus kimi 4 "iPhone” təklif elədilər, vəd verdilər ki, bizi kruizə-gəzintiyə yollayacaqlar. Biz bu təkliflərdən imtina elədik. Onda "Azerfon” taktikasını dəyişməli oldu və bizə əngəllər yaratmağa başladılar. Bizdən "Azerfon”a olmayan borcları tələb eləməyə balşadılar. Biz bu şirkətdən qopmaq üçün tələb olunan borcları da ödədik. Ancaq məsələ bitmədi. "Azerfon”un nümayəndələri bildirdi ki, guya bizim təqdim elədiyimiz sənədlər düzgün doldurulmayıb. Nəhayət çox çətinliklə şirkətlərimiz üçün alınmış telefon nömrələrini "Bakcell”in balansına keçirə bildik. Ancaq baçqa bir şirkətimiz üçün alınmış telefon nömrələri bu günədək "Azerfon”da qalır və biz yüksək abunə haqqını ödəməyə məcburuq.
Mobil operatorların "SMS qumarbazlığı”
Heç kimə sirr deyil ki, Azərbaycanda "nəyin deyildiyi” deyil, "kimin dediyi” daha önəmlidir. Yəni minlərlə insan problemdən danışsa da diqqəti cəlb eləmir. Ancaq bir tanınmış şəxs problemi qaldıran kimi…ölkə səviyyəsində müzakirələr başlayır və sonda xoşbəxtlikdən problem aradan qaldırılır.
Onsuz da, mobil operatorların mənasız, təhrikedici, şirnikləndirici, bezdirici SMS-lərinin yüz minlərlə insanı "infarkt” eləməsi az qala norma halına çevrilmişdi. Və bu sanki heç kimin vecinə deyildi. Ancaq deputat Elmira Axundovanın Milli Məclisdəki çıxışı açıq səmada ildırım kimi çaxdı: "Mobil telefonlara müxtəlif şirkətlərdən mənasız, reklam xarakterli məlumatlar gəlir. Nəzərinizə çatdırım ki, hər mesajdan sonra balansdan kontur çıxılır. Məlumata görə, məsələ o qədər ciddiləşdi, hətta dövlətin rəsmi 3-cü şəxsi, spiker Oqtay Əsədov da dedi ki, həqiqətən də vətəndaşın razılığı olmadan ona hansısa belə mesajların göndərilməsi düzgün deyil. Bu xırda məlumat problemin nə qədər ciddi olduğunu, eyni zamanda ölkə səviyyəsində olduğunu bir daha ortaya qoydu. Yəni problem yüz minlərlə, milyonlarla insana yaradılır. Bəs görəsən, "Azərfon” nə vaxt yuxudan ayılacaq və ətrafa boylanacaq? Bəlkə, ölkə parlamentində səslənən bu boyda səs-küyün "Azərfon”a dəxli yoxdur? Axı, "Azərfon” da neçə ildir bezdirici SMS-ləri ilə müştəriləri yarımcan eləyib.
Son vaxtlar isə mətbuatda "Azerfon” ilə bağlı şok iddialar səsləndirildi. Bu iddialar isə özünü şirkətin nümayəndəsi kimi təqdim edən Yusif Nəcəfov adlı əməkdaşından gəldi. Şirkətin nümayəndəsi Yusif Nəcəfovun yazdığına görə, payçılardan biri gizli şəkildə Ermənistan şirkətləriylə əlaqə qurub Əhali arasında "Nar Mobile” kimi tanınan "Azərfon” MMC ilə bağlı olduqca ilginc ittihamlar səsləndirilib.
Saytlardan birinə müraciət edən şirkətin əməkdaşı Yusif Nəcəfov yazır ki, "Azərfon”da baş verən hadisələr artıq əndazələri aşıb. Onun sözlərinə görə, ötən ilin sonundan etibarən işçilərin kütləvi ixtisarına başlanılıb. Lakin bu zaman kobud qanun pozuntularına yol verilib. Şikayətçi bildirir ki, Əmək Məcəlləsinə uyğun olaraq ixtisar zamanı işçilərin təhsili, stajı və ailə vəziyyəti nəzərə alınmalı olduğu halda, buna məhəl belə qoyulmayıb. "Tənha analar, ailəsinin tək işləyən işçiləri ixtisar edilsə də, bir ailədən və yaxın qohumdan ibarət olanları vəzifə başında saxlayıblar. İşdə qalanların çoxu tanışlıq sayəsində, ya da kadrlar idarəsinin rəhbəri Mətanət Babayevaya pul verməklə istəklərinə nail olublar”.
Yusif Nəcəfov qeyd edir ki, sıravi işçilərdən dəfələrlə çox əmək haqqı alan idarə, şöbə rəislərindən biri də ixtisar edilməyib. "Şirkətdə 30-40 min manat maaş alan əcnəbilərdən biri əgər ixtisar edilsəydi, bu ona yaxın işçinin işdə qalmasını təmin etməyə imkan verərdi. Lakin hər şey tərsinə baş verir. Xarici vətəndaş işində qalır, yerlilər isə işdən çıxarılır. Bakının ən bahalı otel və mərkəzdə yerləşən evlərində yaşayan bu adamlar xərclərini şirkətin hesabına ödətdirirlər. Bu azmış kimi, övladlarının da adlarını şirkətdə işçi kimi yazdırıb, onların adına maaş alırlar”.
"Azərfon”un işçisi yazır ki, şirkətin baş direktoru Kent Maknili maliyyə direktoru ilə yaxın əlaqələrindən istifadə edərək, bir sıra qanunsuzluqlara əl atıb. "Bu iki şəxs birləşərək bir sıra maliyyə fırıldaqlarına əl atıblar ki, nəticədə şirkətə külli miqdarda zərər dəyib. Maliyyə direktoru uzun müddətdir özünü sabiq rabitə naziri Əli Abbasovun adamı kimi təqdim edirdi. Son dövrlər isə bu barədə ümumiyyətlə danışmır”.
Yusif Nəcəfov bildirir ki, şirkətin marketinq direktoru Maks Fyodrov vətəndaş nikahı ilə yaşadığı Taisiya adlı xanıma bütün imkanları yaradıb. "Kent Maknili öz qızının adını da şirkətə yazdıraraq, uzun müddətdir ona işçi və şirkətin məsləhətçisi kimi pul ödətdirir” deyə yazan "Azərfon” işçisi vurğulayır ki, o, mobil operatorun hesabından özünün məsləhətçi kimi işlədiyi şirkətlərin hesablarına pullar köçürür. "Şirkətin direktoru kimi aldığı maaşdan əlavə, şirkətin məsləhət verəni kimi də şirkətdən özünə pullar ödəyir. Öz ölkələrinə ildə 2 dəfə gedib-gəlmə pullarını şirkət ödəyir. Qalan hallarda isə həmin pulu özləri ödəməlidirlər. Bunun üçün saxtakarlıq edib özlərinə ezamiyyə yazdırıb, pulunu şirkətə ödətdirirlər”.
Şirkətə aid daha bir ilginc iddia isə payçılardan biri ilə bağlıdır. Yusif Nəcəfov yazır ki, milliyyətcə yunan olan Yorqos Ermənistan şirkətləri ilə əlaqələr qurub. Onun iddiasına görə, Ermənistanın ZET və "Arto Lebedev” şirkətləriylə gizli əlaqələr qurulub və pullar köçürülüb. "Türk şirkətləri ilə əlaqələrə imkan verməyən Yorgos, digər işçini də yunan millətindən təyin edib”. "Azərfon”un hüquqşünası Emil Məmmədovun da qanunsuzluqlar etdiyini yazan sözügedən şəxs vurğulayır ki, o, sabiq MTN şefi Eldar Mahmudovun yaxın adamı kimi tanınır. "Özünü Eldar Mahmudovun adamı kimi təqdim edən Emil Məsimovun işçilərin danışıqlarını, yazışmalarını gizli şəkildə izləyərək, sonradan onlardan şantaj vasitəsi kimi istifadə etməsini də bilməyən yoxdur”.
danışdım. Uzun-uzadı danışsaq da, xeyri olmadı. Nəhayət, məni inandırmağa çalışdılar ki, hansısa sayta zəng edim. Yəni gedən gedib, qalan pulunuzu qorumaq istəyirsinizsə, saytla əlaqə yaradım. Onlarla əlaqə yaratmaq isə mümkün deyil. Bir də axı, mən "Azərfon”un müştərisiyəm. Niyə bu operator mənim xəbərim olmadan hansısa fırıldaqçı şirkət və saytlara abunəçilərini calayır? Niyə bizi pullu abunələrə özbaşına qoşurlar ki?! Nə maraqları var? Bizi soymaqla bu operatordan kütləvi imtina etməyə səbəb verdiklərinin fərqində deyillərmi?”Korporativ xidmətlərdə nöqsanlar