Bu qış digər illərdən fərqli olacaq - “Azərişıq”

 

Biz işimizi mövsüm olaraq qurmuruq. Bizim əsas missiyamız 24 saat ərzində hər bir abonetimizin keyfiyyətli elektrik enerjisiylə təchiz olunmasıdır.

Bunu Axar-az a açıqlamasında “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “Azərişıq”ın bu gündən qış rejiminə keçməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

"Təbii ki, bu qış digər illərdən fərqli olacaq. Son illərdə apardığımız yenidənqurma işləri, əsaslı təmir-tikinti bunu deməyə əsas verir. Xüsusilə də dağ və dağətəyi rayonlarda hava şəraitinin sərt keçməsi ehtimalı ilə əlaqədar əlavə materiallarımız, avadanlıqlarımız var, yəni ehtiyatımız böyükdür. Bütün anbarlarımız doludur. Hazırda payız vaxtı bütün yarımstansiyalarımızda təftiş işləri davam etdirilir. Havanın şıltaqlığı nəticəsində hər hansı qəza baş verərsə, həmin qəzaların operativ şəkildə aradan qalıdırılmasına tam hazırıq. Bizim 24 saat fəaliyyət göstərən çağrı mərkəzimiz var. Abonentlər 199 nömrəsinə zəng edərək problemlərini rahat şəkildə deyə bilərlər", - o bildirib.

Qeyd edək ki, hər il 15 noyabr tarixində Azərbaycanda olan bütün kommunal qurumlar qış rejiminə keçir.

 

0.216392993927