“Rosneft”: Kürdlərə 1,3 milyard vermişik

 

Rusiyanın “Rosneft” şirkəti 2017-ci il ərzində İraq Kürd Muxtariyyətinə, tərəflər arasında bağlanan neft müqaviləsinə əsasən, 1,3 milyard dollar avans verib.

Axar.az xəbər verir ki, bu barədə informasiya “Rosneft”in hesabatında yer alıb.

Qeyd edək ki, bundan öncə “Rosneft”lə İraq Kürd Muxtariyyəti arasında neft razılaşması imzalanıb.

Ərbil Moskvadan 1 milyard dollar aldıqlarını təsdiqləyib. Müqavilənin ümumi dəyəri 3 milyard dollar hesab edilir. Maraqlı məqam odur ki, İraq Kürd Muxtariyyəti bir müddət öncə razılaşmanı icra edə bilməyəcəyini və Moskvanın bu məsələdə Bağdadla razılaşmalı olduğunu söyləyib.

 

0.18901014328003