Gürcüstan vətəndaşları başqa dövlətlərin vətəndaşlığını qəbul edə biləcəklər

 

 

Gürcüstan vətəndaşları gələn ildən başqa ölkələrin vətəndaşlığını qəbul edə biləcəklər. Buna ölkə Konstitusiyasına edilmiş yeni dəyişikliklər imkan verəcək.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə parlamentin sədri İrakli Kobaxidze televiziyadakı çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, yeni Konstitusiyada ikili vətəndaşlığa liberal yanaşılır. Yeni qanunla Gürcüstan vətəndaşları ikili vətəndaşlıq aldıqda öz ölkəsinin vətəndaşlığını itirməyəcəklər.

Kobaxidze Konstitusiyadakı bu dəyişikliklərin həm Gürcüstan vətəndaşları, həm də xaricdəki diaspora nümayəndələri üçün vacib olduğunu deyib.

Yeni dəyişikliklər gələn ilin payızında keçiriləcək prezident seçkilərindən sonra qüvvəyə minəcək

0.1506609916687