"Azərbaycanda hakimlərin sayı iki dəfə artırılmalıdır. Bunun üçün də digər sahələrə ayrılan vəsait məhdudlaşdırılmalı və həmin vəsait bu sahəyə yönləndirilməldir".
"Report"un xəbərinə görə, bu təkliflə deputat Qüdrət Həsənquliyev 2018-ci il dövlət büdcəsi layihəsinin Milli Məclisin 5 komitəsinin birgə iclasında müzakirəsi zamanı çıxış edib.
"Hazırda ölkədə 555 hakim ştatı var ki, onlardan 49-u vakansiyadır. Azərbaycanda min nəfərə düşən hakim sayı Avropa ölkələrindən çox geri qalır. Hakimlərin sayı iki dəfə artırılmalıdır. Bunun üçün də vəsait ayrılmaldıır. Başqa sahələrdən vəsaiti kəsmək olar. İdman obyektərini tikintisini təxirə salmaq olar. Həmçinin, yeni səhiyyə və təhsil obyektərinin tikintisinə büdcədən vəsait ayırmaq əvəzinə bu obyektlərin özəlləşdiriməsi daha məqsəduyğundur."