Beyləqanın icra başçısı Asif Ağayev birinci müavini Telman Məstanovla niyə bacarmır?..

 

Asif Ağayev cinayətkar birinci müavinlə bacarmır

 

Beyləqanda son 12 ildə baş vermiş bütün çirkin və mənfi proseslərdə kifayət qədər rol almasına baxmayaraq, hələ də icra hakimiyyəti başçısının birinci müavini kreslosunda əyləşən Telaman Məstanovun vəzifədə qalmasını rayon əhalisi biyabırçılıq hesab edir.

 

Yaxından tanıyan mənbənin dediyinə görə, Telaman Məstanov 2006-cı ildə Bakı şəhərində "Gənclik" metrosunun yaxınlığında yerləşən 2 otaqlı mənzilini sataraq, icra başçısı İrşad Əliyevin arvadının qohumu Əkbər Şəmmədovun vasitəşiliyi ilə 20 min manat rüşvət verərək, icra hakimiyyətinin kənd təsərrüfatı şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Bu vücud həmin dövrdən uzun müddət taxıl əkən fermerlərə dövlət tərəfindən verilmiş subsidiyaları kütləvi şəkildə mənimsəyərək, icra başçısı İrşad Əliyevlə bölüşüb. O, bu yolla külli miqdarda pul əldə edib. Himayədarı, rayon ictimaiyyəti arasında “alkaş” ləqəbilə tanınmış İrşad Əliyev vəzifədən getdikdən sonra, onun yerinə gələn icra başçısı Vaqif Abdullayevə subsidiyadan oğurladığı puldan 100.000 manat rüşvət verib, birinci müavin kürsüsünü ələ keçirib və cinayətkar əməllərini davam etdirib.

 

Bu kresloda o, icra başçısının “pul kisəsi"ni doldurmaqla məşğul olub. Eyni zamanda, özünün pul kisəsini doldurmağı da unutmayıb. Xəbərə görə, icra başçısının tapşırığı ilə rayonda idarə, müəssisə və təşkilatlardan, iş adamlarından, biznesmenlərdən və digərlərindən yığdığı pulun 10 faizi Telmana çatıb. Hazırda xalq Telmanın rüşvətxorluğu və əxlaqsızlığı barədə dastan yazır. Rayon əhalisi arasında sabiq icra başçısının “mama rozaları” kimi tanınmış Aytən Mirzəyeva və Xuraman Rüstəmova ilə bərabər hərəkət edən bu zat, hətta sabiq icra başçısının öz şəxsi evində gecələməsinə, hətta əxlaqsızlıqla məşğul olmasına belə, şərait yaratması indi də qonşuların və rayon əhalisinin dilində gəzir.

 

Telman Məstanov kimi, nüfuzunu itirmiş, əslində sabiq müavin Aytən Mirzəyeva və Təhsil şöbəsinin sabiq müdiri Xuraman Rüstəmova ilə eyni vaxtda vəzifədən qovulmalı olan zatın bu gün də birinci müavin vəzifə kürsüsündə saxlanması Telman Məstanovu müdafiə edən PA rəsmisinə və icra başçısı Asif Ağayevə zərrəcə hörmət gətirmir, əksinə, onların işgüzar nüfuzlarına ciddi, sarsıdıcı zərbə vurur...

 

Telman Məstanov rüşvətlə topladığı pulla sahibkarlıq fəaliyyətilə məşğildur

 

Ölkəmizin qanunlarında vəzifəli şəxslərin sahibkarlıq fəaliyyəti birmənalı qadağan olunsa da,Telman Məstanovun rüşvət hesabına topladığı çirkli pullarla sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə yazılar ölkə mediasının gündəmini zəbt edib. Telman Məstanov Beyləqan şəhərinin yuxarı girişində körpünün üzərində yerləşən, vaxtı ilə Sahib İsmayılova məxsus yanacaq doldurma məntəqəsini Kürd İlqar adlı baronla şərikli satın alaraq, yanacaq dolurma məntəqəsini yenidən qurublar. Yanacaq doldurma məntəqəsinin yenidən qurlmasına 700 min manat pul sərf olunub, bunun yarısı, yəni 350 min manatı Telmana məxsusdur.

 

Mənbə qeyd edir ki, Telman birinci müavin vəzifəsindən sui-istifadə edərək, özəlləşdirilmiş rayon avtovağzalına məxsus olan ərazidə olan  qiymətli ağacları ETSN-in razılığı olmadan, amansızcasına məhv edərək, avtovağzalın ərazisinin bir hissəsini qanunsuz zəbt edib. Yanacaqdoldurma stansiyasının ərazisini cinayətkarcasına genişləndirən Telman Məstanov onun bu hərəkətinə qarşı etiraza baxmayaraq, yanacaqdoldurma stansiyasının ona məxsus olmasını ört-basdır etmək məqsədilə (“tozsevən oğlan”, narkoman) oğlu Vüsal Telman oğlu Məstanovun adına sənədləşdirib. Telman Məstanovun bu cür, hakimiyyət nümayəndəsinə yaraşmayan, hakimiyyəti hörmətdən salan qanunazidd hərəkətlərini müşahidə edən rayon əhalisi çox haqlı olaraq, sual edirlər ki, əhali arasında heç bir ictimai və şəxsi nüfuza malik olmayan belə bir əxlaqsız, çirkin əməl sahibi olan adam hansı yüksək keyfiyyətlərinə görə, yüz mindən yuxarı əhalisi, 30 mindən çox qaçqını olan Beyləqan kimi rayona ikinci şəxs təyin edilib?!..

 

Birinci müavin qohum-əqrabasını vəzifələrə yerləşdirib

 

Redaksiyamıza Beyləqandan daxil olan məlumatlarda Telman Qənimət oğlu Məstanovun bəd əməllərindən geniş bəhs olunur. Onun belə bəd əməllərindən biri də sabiq icra başçısı Vaqif Abdullayevə “hər cür” xidmət göstərməklə, öz yaxınlarını müxtəlif vəzifələrə yerləşdirməsidir.

 

Məsələn, Azərbaycan Su Təsərrüfatı və Meliorasiya ASC – nin Beyləqandakı idarəsində iki il bundan əvvəl edilən dəyişiklik zamanı Telman Məstanov yaranmış fürsətdən, sabiq icra başçısı ilə yaxınlıqdan faydalanaraq, qardaşı Məstanov Ruhid Qənimət oğlunu idarəyə baş mühəndis vəzifəsinə yerləşdirib. İdarəyə yeni müdir təyin olunmuş Kərimov Asim Camal oğlunun vəzifəyə keçməsindən daha çox fayda əldə etməyə girişən birinci müavin Telman Qənimət oğlu Məstanov qardaşının təkcə baş mühəndis vəzifəsinə təyin olunması ilə kifayətlənmir, həmin idarədən aylıq “dolya” ayrılmasına da nail olub.

 

Beləliklə, rayonda asan qazanc mənbələrindən biri sayılan Su İdarəsini inhisarına keçirən birinci müavin, artıq rayona 7 aydır icra başçısı təyin olunmuş Asif Ağayevi də saymadığı deyilir. Başçının fəaliyyəti barədə yaxın dostlarına mütəmadi mənfi məlumatlar verir. Hətta icra başçısının onu işdən çıxarmaq istədiyini, lakin gücü düşmədiyini, özünün PA-dan ciddi müdafiə olunduğunu və icra başçısının Beyləqanda çox işləyə bilməyəcəyi barədə yaxınları arasında məlumatlar yayır, icra başçısı haqqında saytlara materiallar ötürür.

 

Hacı Cəfərqulu Quliyev Telman Məstanova 12 manat verdiyini deyib

 

Rayonda hörmətli şəxs kimi tanınan Hacı Cəfərqulu Quliyev ölkənin Birinci vitse-prezidentinə müraciət edib. Həmin müraciətdə sabiq icra başçısı Vaqif Abdullayevin onu aldadaraq, 32 min manat pulunu aldığını və geri qaytarmadığını bildirib. Pulunun geri qaytarılmasına köməklik göstərməsini xahiş edib.
Hacı Cəfərqulu Quliyev müxbirimizlə söhbətində həmin pulun 12 min manatını Telman Məstanova  verdiyini deyib

 

Bu fakt da təsdiq edir ki, Telman Məstanov sabiq icra başçılarının Beyləqanda yaratdıqlarl rüşvət və korrupsiya şəbəkəsini idarə etmiş, ölkə Prezidenti İlham Əliyevin rüşvətxorluğa və korrupsiyaya qarşı apardığı mübarizənin əleyhinə gedən cinayətkarlardandır!

Daxil olan məlumatın nə qədər gerçək olduğunu dəqiqləşdirə bilməsək də, Telman Məstanov kimi, rüşvətxor və korrupsionerin Prezident Administrasiyası Ərazi İdarəetmə Orqanları ilə İş şöbəsi tərəfindən ( Zeynal Nağdəliyev) müdafiə olunması barədə Beyləqana yayılmış xəbəri hər kəs qınayır və qəzəblənir!..

 

Mirdaməd

 

0.26076102256775