İsrailin Azərbaycandakı səfiri qərb rayonlarına səfər edib

 

 

srailin Azərbaycandakı səfiri Dan Stav və səfirin müavini Avital Rosenberq Azərbaycanın qərb rayonlarına səfər ediblər. 

İsrailin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfərin məqsədi Azərbaycanla İsrail arasında daha dərin əməkdaşlıq imkanlarını tədqiq etməkdir. Səfərin ilk günü onlar Ağstafada rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevlə görüşüblər. Görüşdə onlara rayonun iqtisadiyyatı və tarixi barədə məlumat verilib. RİH  başçısı səfir və səfirin müavininə vacib sənaye və mədəniyyət obyektlərini göstərib.

Nümayəndə heyəti səfərin ilk günündə alman kəndi olan Vurğun kəndinə baş çəkiblər. 

0.13955593109131