"ENGİNET" şirkətinin Marketinq və satış departamentinin rəhbəri Elmira Abbasovanın müsahibəsi:
- Bu gün Azərbaycanda internet provayderlərin fəaliyyətini necə qiymətləndirirsiniz?
- Ümumiyyətlə, Azərbaycanda internet 1993-cü ildən etibarən fəaliyyətə başlayıb. Lakin son illərdə daha proqressiv və aqressiv olub. Bu günə kimi Azərbaycanda 40 özəl internet provayder mövcuddur. Onların yalnız 2-si dövlət qurumlarına məxsusdur, digərləri isə sərbəst iş fəaliyyəti göstərən şirkətlərdir. Ümumilikdə, internet provayderlərin fəaliyyətini orta qiymətləndirərdim. Amma yenə də inkişaf etməyə doğru can atırıq və hazırda inkişaf gedir. Son bir neçə illərin nəticələrinə baxsaq, böyük inkişaf əldə olunub. Əvvəllər yalnız Dial-Up və ya ADSL sistemi var idisə, artıq bəzi şirkətlər ölkədə optik xidmətlər təklif edilir. Onlara FTTB (fiberoptik xətt binaya qədər) və ya hazırda şirkətimiz tərəfindən göstərilən FTTH (fiberoptik xətt birbaşa evə/mənzilə) xidmətləri daxildir. Bunlar inkişaf etmiş Avropa ölkələrində istifadə edilən son texnologiyalardan biridir.
Şirkətimiz Azərbaycanda ən böyük şəbəkəyə malikdir. Məqsədimiz milli dəyərlərə üstünlük verərək, Azərbaycanın hər bir vətəndaşının yüksək texnoloji internet xidmətlərindən yararlanması və dünya İnternet şəbəkəsinə çıxışının olmasıdır.
- Sizcə bir internet provayder şirkəti özündə hansı keyfiyyətləri birləşdirməlidir?
- İlk öncə şirkət daim inkişafa və yeni texnologiyaların tətbiqinə hazır olmalıdır. Yeni texnologiyaya çıxdıqca onunla ayaqlaşmaq lazımdır. ENGİNET şirkəti olaraq Azərbaycanda Avropa şirkətləri ilə müqayisə oluna biləcək bir şirkətə çevirmək istəyirik.
Həmçinin provayder mütləq şəkildə müştərinin tələbatına uyğun xidmətlər təqdim etməlidir. Bizim şirkət ən son texnologiya təcrübələrini tətbiq edərək, bir optik xətt üzərində multiservis xidmətləri təqdim edir. Xidmətlərimiz Optik İnternet, Rəqamsal TV , uşaqlar üçün “Təhlükəsiz İnternet”, Videomüşahidə sistemi, SİP şəhər telefonları, Statik İP ünvan və sairdən ibarətdir.
Azərbaycanda ilk dəfə olaraq uşaqlar üçün “Təhlükəsiz internet” xidmətini tətbiq etdik. “Təhlükəsiz İnternet”dən yararlanan zaman uşaq internetdən lazım olan faydalı saytlardan istifadə edə bilir. Heç bir zərərverici məlumat onun kompüterində açılmır. Onlar şirkət tərəfindən bloka salınır və həmin saytlara giriş qadağan olunur. Həmçinin uşaq Google və ya digər axtarış sistemində heç bir söz yazmadan, hansısa sayta daxil olduqda, kənarda uşaqlar üçün yasaq olan hansısa reklam çıxmır. Hətta həmin spamlar və reklamlar da bloka düşür. Valideyn tam rahatlıqla əmin ola bilər ki, uşaq heç bir zərərverici məlumatla qarşılaşmır. Bu xidmətə ölkəmizdə tələbat günü gündən artır.
Video müşahidə sisteminin abunəçilərimizə təqdim edilməsi bilavasitə onların istək və tələbatlarına uyğun hazırlanıb və tətbiq olunub. Videomüşahidə sisteminə təlabat əsasən ev şəraitində dayələrə, orta və kiçik sahibkarlıq obyektlərində həmçinin şirkət və iş yerində iş prosesinə nəzarətdən ibarətdir. ENGİNET şirkəti olaraq biz abunəçilərimizə bu xidmətlərdən maksimum və faydalı şəkildə yararlanmağa şərait yaradırıq. Buna görə də bizim şüarımız: Birlink-Gələcəyin texnologiyası artıq bu gün Azərbaycandadır. Biz çalışırıq ki, gələcəyin texnoloqiyalarını vaxtında sınaqdan çıxardıb, Azərbaycan bazarında müştəriyə tələb və ehtiyac olduğu zamanda təqdim və tətbiq etməyə planlaşdırırıq. Bu günün və sabahın inkişafı tam olaraq keyfiyyətli geniş zolaqlı internetin olmasından asılıdır. Geniş zolaqlı internet infrastrukturunun mövcudluğu dinamik inkişafın təməlidir. ENGİNET şirkəti olaraq Biz bu təməlin aparıcı qüvvəsi olmasından qürur duyuruq. Yaxın gələcəkdə hazırda istifadə edilən fiberoptik xətt üzərində yeni multiservis xidmətlər təqdim edə bilərik. Məsələn, bunlardan biri smart-ev sistemi ola bilər. Belə ki, hər hansı bir şəxs evdə olmadıqda və ya yaxınlaşmadan öncə xətt vasitəsilə kamanda verərək evdə işıqları yandıra, soyuducunu işə sala və digər cihazları internet üzərindən idarə etməklə işə sala bilər.
- Bir internet provayder şirkəti müştərilərlə olan münasibətini hansı formada inkişaf etdirməli və qorumalıdır?
İnternet provayder müştəriyə müştəri gözü ilə yox, sırf dost münasibəti və etibarlılıq yaratmaqla baxılmalıdır. Abunəçi xidmətlərindən yararlandığı şirkətə etibar etməlidir. Abunəçi 24/7 provayderindən telefon xidməti alma imkanına malik olmalıdır. Bundan əlavə, hər bir şirkətin marketinq şöbəsi müştəri tələbatlarını araşdırmalı və bu istiqamətdə işlər aparılmalıdır. Məsələn, mən araşdırma edəndə gördüm ki, abunəçilərin çoxu standart maaşa işləmir, stabil əmək haqqı yoxdur, gündəlik qazanc yerləri var. Bunu nəzərə alaraq gündəlik ödəniş sistemini tətbiq etdik. Misal: müştərinin tarifi 28 manatdırsa, o gündəlik olaraq da bu məbləği ödəyə bilər. Yetər ki, 28 manatlıq məbləği ay ərzində ödəniş etsin.
Bundan əlavə şirkətdə “Balans dondurma” xidməti var. Əgər abunəçi hansısa müddətdə xaricə və ya rayona səfər edirsə, evində/mənzilində olmadığı müddətdə çağrı mərkəzinə müraciət edərək balansını dondura bilər. Buna görə heç bir məbləğ tələb olunmur, xidmət dayandırılır və qeyd edilən müddət ərzində abunəçinin balansından pul çıxılmır. Yenidən qayıtdıqdan sonra çağrı mərkəzinə müraciət edərək xidməti yenidən bərpa edir və balansını aktivləşdirir. Bu cür xidmətlər üzərində mütəmadi olaraq işləyirik və davam edirik.
Bizim xidmətlərdən istifadə edən partnyorlarımız da müxtəlif xidmətlər təqdim edirlər. Abunəçilərimiz də bu xidmətlərdən endirimlə yararlana bilərlər. Biz çalışırıq ki, hər zaman abunəçilərimizi yeniliklərlə sevindirək və daim onların yanında olaq.