OĞLU ADAM ÖLDÜRƏN BAŞÇI MÜAVİNİ NƏRİMANOVUN BU KÜÇƏSİNDƏ VİLLA ALIB – FAKTLAR

 

Nərimanov rayon icra başçısının müavini Şahmar İbadovun Ənvər Əliyev küçəsində villası var.

Bu barədə Palitika.Az-a daxil olan xəbərdə bildirilir ki, milyonluq malikanə RİH-dən aldığı maaşla tikilməyib

Əgər əmək haqqı ilə villa tikməyə qalxsaydı, yaşının 95-ci çağında bəlkə damını örtə bilərdi. Ona görə də Ş.İbadov tutduğu vəzifədən sui-istifadə edərək qazandığı biznesinə və maxinasiyalara təşəkkür etməlidir.

Nərimanov rayonundakı restoran və otelləri icra başçısı müavinini kasıb yaşamağa qoymur. Nərimanov RİH-dəki şöbələrdə ayda 300-400 manat maaş alıb işləyən kiçik ranqlı dövlət qulluqçuları var.

Ş.İbadovu da onlardan heç nə fərqləndirmir. Fərq sadəcə onun maaşla yox, başqa gəlirlərlə dolanmasıdır.

Halbuki, Nərimanov RİH-ə ayrılan vəsaitlər, Ş.İbadovun işi İbrahimpaşa Dadaşov, Çermet yaşayış massivi, Təbriz, Əli Şıxəliyev küçələrinin bərbad yollarını düzəldə bilərdi, sosial problemlərini həll edərdi.

Məsələn, binaların həyətlərində günlərlə zibilliklər yığışdırılmır. Sənaye müəssisələri işləmir. Amma əsas Nərimanov rayon rəhbərliyinin güzəranıdır.

Palitika.Az-a daxil olan xəbərdə bildirilir ki, Ş.İbadov Bakıda şərik tibb mərkəzi işlədir.

Nərimanov rayonu, Ayna Sultanova heykəli yaxınlığında yerləşən “İstanbul NS” estetik klinikasının binasının Ş.İbadova məxsus olduğu xəbər verilir.

İddialara görə, icra başçısının müavini həmin mülkü sözügedən məşhur klinikaya arendaya verib və aylıq icarə haqqını alır.

Paytaxtın bahalı yerlərindən birində icarəyə götürülmüş binanın aylıq gəlirinin nə qədər olduğunu təxmin etmək belə təsəvvür olunmazdır.

Artıq neçə ildir ki, Ş.İbadovun adıçəkilən klinikadan aylıq pul aldığı bildirilir. Onun sahibləndiyi əmlak təkcə sözügedən ünvanda yerləşmir. Nərimanov rayon ərazisində otellərə, restoranlara yiyələndiyi deyilir.

Ancaq “İstanbul NS” estetik klinikasının binası icra başçısı müavininin biznesi içərisində gözünün işığıdır.

Onu da deyək ki, avqustun 22-də Bakı şəhərində avtomobil qəzası törədən Elmir İbadovun işindən ay yarım vaxt keçir. Bu istintaq müddətidir.

Amma o, idarə etdiyi “Range Rover” markalı avtomobillə yaşlı qadını vuraraq öldürüb hadisə yerindən qaçsa da, məsuliyyətə cəlb olunmadı.

Görünür ki, hakim elitaya çıxış imkanı olan A.Fərzəliyev minnətçi düşərək müavinin oğlunu həbsdən xilas edə bildi.

Nəticə budur ki, günahsız bir qadın məmur oğlunun bahalı maşınının təkərləri altında qalaraq dünyasını dəyişdi.

 

Mənbə.Palitika.az

0.19234991073608