"Real"ın və Fransa millisinin hücumçusu Kilian Mbappe Stokholmdakı Bank hoteldə zorlama işində şübhəli olaraq qalır.
Demokratikmusavat.com Lent.az-a istinadla bildirir ki, mənbənin sözlərinə görə, iş üzrə istintaq davam edir. Prokuror Marina Çarikova deyib ki, zərərçəkmiş polisə ifadə verməzdən əvvəl kömək üçün xəstəxanaya gedib. Baş verənlərlə bağlı məlumatı olan digər qadınlardan da ifadələr alınıb. Prokuror istintaqın digər təfərrüatlarını açıqlamaqdan imtina edib.
Oktyabrın 15-də media Mbappenin oktyabrın 10-da Stokholmun mərkəzindəki oteldə baş verdiyi iddia edilən zorlamada şübhəli bilindiyini bildirib. Həmin gün “Real”ın hücumçusu dostları ilə birlikdə milli komandanın oyunları üçün oktyabrda fasilə zamanı İsveçdə olub. Mbappe özü bu ittihamları yalan adlandırıb və vəkili futbolçunun böhtan iddiası qaldırmaq niyyətini açıqlayıb.
Mbappe ötən yay PSJ-dən azad agent kimi “Real”a keçib. O, Madrid klubunun heyətində bütün yarışlarda 19 oyun keçirib, on qol vurub və iki məhsuldar ötürmə edib.