Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, analitiklər və nəşrin mənbələri Avropa kontingentinin sayını 40-100 min nəfər arasında qiymətləndirir və qüvvələrin əsas hissəsini Fransa, Almaniya, İtaliya, Polşa və Böyük Britaniyadan olan hərbçilərin təşkil edə biləcəyini ehtimal edir.

Agentliyin məlumatına görə, Ukraynaya Avropa kontingentinin göndərilməsi ilə bağlı danışıqlar ilkin mərhələdədir, lakin artıq ölkələr arasında fikir ayrılıqları var - hətta bu məsələnin indi müzakirə olunmasının məqsədəuyğunluğu ilə bağlı.
Agentliyin yazdığına görə, Avropa liderləri Rusiya Prezidenti Vladimir Putinə elə təəssürat yaratmaq istəmirlər ki, danışıqların vaxtı çatıb və o, döyüş meydanında öz mövqeyini qoruyub saxlaya biləcək. Bununla belə, pərdə arxasında bəzi rəsmilər Aİ-nin Ukraynaya verə biləcəyi mümkün zəmanətləri nəzərdən keçirir.
“Reuters” qeyd edir ki, Avropa qüvvələrinin mövcudluğu Rusiya ilə birbaşa qarşıdurma riskini artıracaq. Onların BMT-nin himayəsində olub-olmaması məsələsi də var – rəsmilər hesab edirlər ki, bu, Rusiyaya həddən artıq təsir gücü verəcək.

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron dekabrın 7-də Parisdə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündən sonra mümkün atəşkəs razılaşmasının təminatı kimi Avropa kontingentinin Ukraynaya yerləşdirilməsi ilə bağlı müzakirələr intensivləşib. “Reuters”in mənbələrinə görə, Tramp Amerika qoşunlarının Ukraynada zəmanətlərin verilməsində iştirakını istisna edib və bunu avropalıların etməli olduğunu israr edib. Almaniya kansleri Olaf Şolts dekabrın 4-də Bundestaqda çıxışı zamanı bəyan edib ki, alman əsgərlərinin Ukraynaya göndərilməsi mümkün deyil.
Demokratikmusavat.com