Avropa İttifaqı (Aİ) Varşavaya rekord məbləğdə - 40 milyard zlotı (təxminən 10 milyard dollar) tranş ayırıb.
“Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə ölkənin fondlar və regional siyasət naziri Katajina Pelçinskaya-Nalenç “X” sosial şəbəkəsində yazıb.
"Aİ-nin Bərpa və Dayanıqlığın Artırılması Fondundan dörd tranş alınıb ki, bu da ümumilikdə 40 milyard zlotıdır", - siyasətçi yazıb.
Avropa Komissiyası (AK) noyabrın ortalarında Varşavanın bu vəsaitlərin köçürülməsi ilə bağlı müraciətini təsdiqləyib.